Foto: RIA Novosti
Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketi barədə razılığa gəliblər.
İyulun 18-də razılaşdırılan paketdə Rusiya nefti üçün qiymət həddində endirim (hər barelə 60 ABŞ dollarından 47,6 dollara düşməklə) və 22 Rusiya bankının beynəlxalq SWIFT sistemindən xaric olunması nəzərdə tutulur.
Aİ xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas paketi “Rusiyaya qarşı indiyədək ən güclü sanksiyalardan biri” adlandırıb.
“Biz Kremlin hərbi büdcəsini daha da azaldır, daha 105 ədəd kölgə donanması gəmisinə və onların köməkçilərinə qarşı sanksiyalar tətbiq edir və Rusiya banklarının maliyyələşməyə çıxışını məhdudlaşdırırıq”, - o deyib.
Onun sözlərinə görə, yeni sanksiyalar paketi Rusiya hərbi sənayesinə, Çin banklarına və “Rosneft”in Hindistandakı ən böyük neft emalı zavoduna təsir edəcək. Habelə, “Şimal axını” qaz layihəsinin fəaliyyəti və dron istehsalı texnologiyalarının ixracı da qadağan ediləcək.
İyulun 15-də Brüsseldə bir araya gələn Aİ ölkələrinin xarici işlər nazirlərinin əksəriyyəti razılıq versə də, Slovakiya və Malta buna qarşı çıxıb.
Slovakiya Rusiya qazının Avropaya satışının tamamilə qadağan edilməsindən yarana biləcək zərərə görə Aİ-dən kompensasiya təminatları tələb edib.
Malta isə Rusiya neftinə tətbiq olunan qiymət məhdudiyyətinin sərtləşdirilməsinin tanker donanmasına zərbə vura biləcəyindən narahatlığını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Paşinyan “soyqırımı abidəsi”nin direktorunu Vensə Qarabağ müharibəsi haqda kitab verdiyinə görə işdən çıxarıb
Foto/kollaj: Toplum TV
Foto: açıq mənbə
Azərbaycanda iki fərmanla 10 dövlət qurumu ləğv edildi
Rüfət Səfərov hakimə: "Elə danışırsınız, sanki sonda ədalətli hökm verəcəksiniz"
Kimi aldadırsan, ay zalım oğlu?..
“Hakimiyyət təcridxana əməkdaşlarının əli ilə bizə hədə-qorxu gəlir”
Zahid Orucun əhalinin 94%-inin İlham Əliyevi dəstəklədiyini deyən mərkəzi bağlandı?