Dünya

Bolqarıstanda hökumət etirazlardan sonra istefa verib 

12 Dekabr, 2025
57

Foto: AFP

Bolqarıstanda hökumət həftələrlə davam edən küçə etirazlarından sonra istefaya gedib. 

Baş nazir Rosen Jelyazkov qərarı dekabrın 11-də televiziya vasitəsilə elan edib. 

“Koalisiyamız toplaşdı, mövcud vəziyyəti, qarşılaşdığımız çağırışları və məsuliyyətlə qəbul etməli olduğumuz qərarları müzakirə etdik", - Jelyazkov bildirib.

Bir gün əvvəl isə minlərlə bolqar Sofiya və digər onlarla şəhər və qəsəbədə etiraz yürüşlərinə qatılıb. Bu, korrupsiya və hökumətin onu aradan qaldıra bilməməsi ilə bağlı ictimai qəzəbi nümayiş etdirən ən son aksiyalardan biri olub. 

“Biz başa düşürük ki, etiraz təkəbbür və eqoizmə qarşı idi, bu sosial etiraz deyil, dəyərlər uğrunda etirazdır. Bu, siyasətçilərin siyasətləri üzərində görüşü deyildi, münasibətlər üzərində idi və buna görə də Bolqarıstan cəmiyyətinin müxtəlif təbəqələrini birləşdirir", - baş nazir çıxışında deyib. 

Bolqarıstan 2007-ci ildə üzv olduğu Avropa İttifaqının ən kasıb və ən çox korrupsiyadan əziyyət çəkən üzv ölkəsi olaraq qalır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Maçado Nobel Sülh Mükafatını Trampa verib 

16 Yanvar 2026

Foto: Ağ Ev

Venesuelalı müxalif siyasətçi Mariya Korina Maçado ötən il qazandığı Nobel Sülh Mükafatını ABŞ prezidenti Donald Trampa verib.  O, bunu yanvarın 15-də Ağ Evdə Trampla görüşdükdən sonra jurnalistlərə deyib.  Tramp "Truth Social" platformasında xəbəri təsdiqləyib və Maçadoya "gözəl jestə görə" təşəkkür edib.  Tez-tez müxtəlif ölkələrdə müharibələrə son qoyduğunu iddia edən və Nobel Sülh Mükafatını qazanmamağından gileylənən Tramp ötən il mükafat Maçadoya verildikdə narazılığını ifadə etmişdi.  Maçado daha öncə Venesuela prezidenti Nikolas Maduronun Trampın əmri ilə amerikalı hərbçilər tərəfindən tutularaq ABŞ-yə gətirilməsini alqışlamış, bunu "insanlıq naminə böyük addım" adlandırmışdı.  Maçado 2023-cü ildə Venesuelada müxalif qüvvələrin prezidentliyə namizədi seçmək üçün keçirdiyi seçkidə səslərin...
Dünya

ABŞ Qəzzada sülh planının ikinci mərhələsinin başladığını elan edib 

15 Yanvar 2026

Foto: Reuters

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof Qəzza üçün nəzərdə tutulan sülh planının ikinci mərhələsinin başladığını elan edib.  O, bu barədə yanvarın 14-də "X" səhifəsində yazıb.  Vitkofun sözlərinə görə, bu mərhələdə Qəzzanın demilitarizasiyası, texnokratik idarəetməyə keçid və müharibədən çıxmış bölgənin bərpası nəzərdə tutulub.  "İkinci mərhələ Qəzzada keçid dövrü üçün texnokratik Fələstin administrasiyasını — Qəzzanın İdarə Olunması üzrə Milli Komitəni (NCAG) — yaradır və Qəzzanın tam demilitarizasiyasına və bərpasına start verir; əsasən də bütün icazəsiz silahlı şəxslərin tərksilah edilməsini əhatə edir. ABŞ HƏMAS-ın öhdəliklərinə tam şəkildə əməl edəcəyini, o cümlədən sonuncu mərhum girovun dərhal qaytarılmasını gözləyir. Bu...

Seçilmiş Videolar

Toplum TV loqo