Fransa məhkəməsi Bricit Makronun transgender olduğunu iddia edən 10 nəfərə hökm oxuyub
Foto: AFP
Paris məhkəməsi Fransanın birinci xanımı Bricit Makronun transgender olduğunu iddia edən 10 nəfərə hökm oxuyub.
"France İnfo"nun məlumatına görə, yanvarın 5-də məhkəmə 8-i kişi və 2-si qadın olmaqla həmin şəxsləri kiberqısnamada təqsirli bilib və 8 ay müddətinə qədər şərti həbs cəzası verib.
B.Makronun kişi olaraq doğulduğu, sonradan başqa şəxsin kimliyini oğurlayaraq cinsini qadına dəyişdiyi, hətta prezident Emmanuel Makronla qan qohumluğu olduğu haqda fikirlər ilk dəfə 2021-ci ildə Fransada bir qrup jurnalist tərəfindən ortaya atılıb.
Ötən il isə amerikalı podkastçı Kandas Ovens “YouTube” və “Spotify” kanallarında 8 seriyadan ibarət “Bricit olmaq” adlı podkastlar yayımlayıb. Podkastlar ümumilikdə 25 milyona yaxın izlənilib.
Bu iddialara görə iyulda Makronlar Ovensi məhkəməyə verib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Ağ Ev
Foto: Reuters