Dünya

“Reuters”: Tramp Madurodan Venesuelanı tərk etməyi tələb edib

2 Dekabr, 2025
108

Foto: AFP

ABŞ prezidenti Donald Trampın Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışığında ondan ölkəni tərk etməyi tələb etdiyi bildirilir.

Bu barədə “Reuters” agentliyi adını açıqlamadığı mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildirib ki, noyabrın 21-də baş tutan və 15 dəqiqə davam edən telefon danışığında Tramp Maduroya ailəsi ilə birlikdə özünün seçəcəyi üçüncü ölkəyə getməyi tələb edib.

Məlumata görə, Venesuela lideri buna razılaşıb, lakin qarşılığında şərt irəli sürüb. Onun şərti bu olub ki, ölkəsinə, habelə şəxsən özünə və 100-dən çox rəsmiyə qarşı ABŞ-nin tətbiq etdiyi maliyyə sanksiyaları dayandırılsın. Tramp isə bu şərti rədd edib.

Trampın verdiyi vaxt limiti noyabrın 28-də başa çatıb. Bir gün sonra isə o, Venesuela üzərində hava məkanının qapadıldığını elan edib.

ABŞ prezidenti telefon danışığının baş tutduğunu jurnalistlərə təsdiqləyib, lakin əlavə detallar açıqlamayıb. Venesuela rəsmiləri də bu barədə danışmayıb.

Tramp administrasiyası 2013-cü ildən hakimiyyətdə olan Maduronu Venesuelanın legitim prezidenti kimi tanımır.

Maduro ötən il keçirilən səsvermədə yenidən seçildiyini iddia edib, lakin ABŞ və digər Qərb ölkələri həmin seçkini saxta adlandırıb və müstəqil müşahidəçilər seçkilərdə müxalifətin böyük üstünlüklə qalib gəldiyini bildiriblər.

Tramp uzun müddətdir Venesuelanın ABŞ-yə narkotik maddələr ixrac etdiyini iddia edir. ABŞ ordusu bu ölkədən olduğu və narkotik maddə daşıdığı deyilən qayıqlara beynəlxalq sularda zərbələr endirir və bunun nəticəsində onlarla insan həlak olur.

Trampın tənqidçiləri isə qayıqların narkotik maddə daşıdığına dair sübutların olmadığını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp Hörmüz boğazını blokadaya almağı əmr edib

13 Aprel 2026

Açıq mənbə

ABŞ prezidenti Donald Tramp aprelin 12-də sosial media hesabında bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına dərhal blokada tətbiq etməyə başlayacaq. O, bu qərarı bir gün öncə ABŞ və İran arasında Pakistanda keçirilən sülh danışıqlarının razılaşma olmadan başa çatmasından sonra verib.  Trump İranı hədə-qorxu gəlməkdə günahlandırıb və bildirib ki, ABŞ ordusu Hörmüz boğazından keçmək üçün İrana rüsum ödəmiş gəmiləri beynəlxalq sularda izləyib saxlayacaq. O əlavə edib ki, ABŞ qüvvələri İranın boğaza yerləşdirdiyi dəniz minalarını təmizləməyə başlayacaq. ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hücumlara başlamasından sonra qlobal enerji bazarı üçün həyati əhəmiyyət daşıyan əsas keçid nöqtəsi olan Hörmüz boğazı...
Dünya

Moldova MDB-dən çıxıb

10 Aprel 2026

Açıq mənbə

Moldovanın prezidenti Maya Sandu Müstəqil Dövlətlər Birliyinin əsasını təşkil edən sazişlərin ləğvi barədə fərmanları imzalayıb. Moldova Avropa İttifaqı standartlarına uyğunlaşma çərçivəsində indiyədək təxminən 70 MDB sazişini ləğv edib.  Ölkənin təşkilatdan çıxma prosesinin başladığını yanvar ayında xarici işlər naziri Mixail Popşoy elan etmişdi.  Sazişlərin ləğvi prosesinin təşəbbüskarı Moldova Xarici İşlər Nazirliyi olub. Nazirlikdə vurğulanıb ki, MDB-nin fundamental dəyərləri və prinsipləri artıq yerinə yetirilmir, təşkilat isə öz mövcudluğunun mənasını itirib.  Moldovanın MDB-dən çıxması üçün əsas arqument kimi Rusiya tərəfindən qarşılıqlı ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının tanınması prinsipinin kobud şəkildə pozulması göstərilib. Xüsusilə, Kişinyov Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsini, Gürcüstana qarşı hərbi əməliyyatlarını...

Seçilmiş Videolar

Toplum TV loqo