Dünya

Maçado Nobel Sülh Mükafatını Trampa verib 

16 Yanvar, 2026
51

Foto: Ağ Ev

Venesuelalı müxalif siyasətçi Mariya Korina Maçado ötən il qazandığı Nobel Sülh Mükafatını ABŞ prezidenti Donald Trampa verib. 

O, bunu yanvarın 15-də Ağ Evdə Trampla görüşdükdən sonra jurnalistlərə deyib. 

Tramp "Truth Social" platformasında xəbəri təsdiqləyib və Maçadoya "gözəl jestə görə" təşəkkür edib. 

Tez-tez müxtəlif ölkələrdə müharibələrə son qoyduğunu iddia edən və Nobel Sülh Mükafatını qazanmamağından gileylənən Tramp ötən il mükafat Maçadoya verildikdə narazılığını ifadə etmişdi. 

Maçado daha öncə Venesuela prezidenti Nikolas Maduronun Trampın əmri ilə amerikalı hərbçilər tərəfindən tutularaq ABŞ-yə gətirilməsini alqışlamış, bunu "insanlıq naminə böyük addım" adlandırmışdı. 

Maçado 2023-cü ildə Venesuelada müxalif qüvvələrin prezidentliyə namizədi seçmək üçün keçirdiyi seçkidə səslərin 93%-ini qazanıb. Lakin 2024-cü ildə keçirilən seçkilərdə Maduroya qarşı iştirakına icazə verilməyib. 

O, bir ildən çoxdur ki, mühacirətdə, ictimaiyyətdən gizli şəraitdə yaşayır. 

Tramp Maduronun devrilməsindən sonra keçirdiyi brifinqdə ABŞ-nin Venesuelanı idarə edəcəyini demişdi. Maçado ilə bağlı suala cavabında isə onun ölkə daxilində dəstəyinin olmadığını bildirmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Müharibə qurbanlarını yad edən ukraynalı idmançı olimpiadadan kənarlaşdırılıb

13 Fevral 2026

Foto: AFP

İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında Ukraynanı təmsil edən idmançı müharibə qurbanlarını yad edən dəbilqə taxdığına görə olimpiadadan kənarlaşdırılıb.  Skeleton yarışçısı Vladislav Heraskeviçin yarışdan kənarlaşdırılması qərarı fevralın 12-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən verilib.  BOK üzərində Rusiyanın işğalçı müharibəsi nəticəsində həyatını itirmiş ukraynalı idmançıların rəsmlərinin əks olunduğu dəbilqəni taxmağı daha öncə qadağan etsə də, Heraskeviç məşqlərə bu dəbilqə ilə çıxmağa davam edirdi.  BOK prezidenti Kirsti Koventri fevralın 12-i səhər saatlarında ukraynalını fikrindən daşındırmaq üçün şəxsən yarışın keçirildiyi yerə gəlib. Lakin Heraskeviç güzəştə getməyib.  İdmançı qərarın açıqlanmasından sonra sosial media hesabında bunu "şərəfli olmağın bədəli" adlandırıb.  "Mən bu yarışda medalçılar arasında ola...
Dünya

Sözçü: "Vens Əliyevlə məhbusların azad edilməsindən danışıb" 

11 Fevral 2026

Foto: EPA

Azərbaycanda rəsmi səfərdə olan ABŞ vitse-prezidenti Ceyms Vensin prezident İlham Əliyevlə görüşdə "məhbusların azad edilməsi" məsələsindən danışdığı bildirilir.  "Azadlıq Radiosu"nun xəbərinə görə, bu barədə Vensin sözçüsü məlumat verib.  "Onlar, əsasən, ticarət və rifah, texnologiya və diplomatik əlaqələrin genişləndirilməsini müzakirə ediblər. "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə müqavilələr və güzəştlərdən, məhbusların azad edilməsi kimi etimadyaratma tədbirlərindən, ABŞ investisiyaları və regional iqtisadi inteqrasiya daxil olmaqla, növbəti addımlardan da danışıblar", - sözçü deyib.  Açıqlamada Azərbaycanda həbsdə olan və yenicə hökm oxunmuş ermənilər, yoxsa "siyasi məhbus" kimi tanınan jurnalist və vətəndaş cəmiyyəti üzvlərindən söhbət getdiyi aydın deyil.  Vens fevralın 10-da...

Seçilmiş Videolar

Toplum TV loqo