Foto: Getty Images
Pakistanın şərqində iyunun 26-dan bəri davam edən daşqınlarda ölənlərin ən az yarısı uşaqlardır.
Pakistanın Fəlakətlərin İdarə Olunması qurumunun açıqlamasına görə, daşqınlar başlayandan bəri Pəncab vilayətində ən az 170 nəfər ölüb və bunların 85-i azyaşlılardır.
Ölənlərdən 54-ü son bir gün ərzində ölüb.
Vilayətin bir neçə rayonunda fövqəladə vəziyyət elan edilib və artan sel sularına qarşı mübarizə aparmaq üçün Ravalpindi şəhərinə ordu yeridilib.
Pakistanın Meteorologiya Departamentinin məlumatına görə, güclü yağışlar Ravalpindi və yaxınlıqdakı paytaxt İslamabada yağmağa davam edir və iyulun 17-də bir neçə ərazidə yağıntının miqdarı 100 millimetrdən çox olub. İyulun 18-də də güclü yağışların davam edəcəyi gözlənilir.
Pakistan geoloji quruluşu səbəbilə tez-tez daşqınlara məruz qalır. Mütəxəssislər bunu iqlim dəyişikliyi ilə əlaqələndirirlər.
2022-ci ildə baş vermiş daşqınlar ölkənin 3-də birini əhatə etmiş və 1000-dən çox insanın ölümünə səbəb olmuşdu.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Açıq mənbə
Açıq mənbə
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib
Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq
“Toplum TV işi”: “Belə işə görə siz müstəntiqlərə cinayət işi açmalı idiniz”
Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?
Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib