Dünya

Paşinyan: "Erməni soyqırımı ermənilərin beynəlxalq intriqalara cəlb olunmasının nəticəsi idi"

24 Aprel, 2026
302

primeminister.am

Ermənistan baş naziri Nikol Paşinyan aprelin 24-də 1915-1917-ci illərdə Osmanlı ərazisində ermənilərin qətliamı hadisələrini anıb. 

O, həmin vaxt qətlə yetirilən ermənilərin xatirəsinə həsr olunmuş “Tsitsernakaberd” abidəsini ziyarət edib, eləcə də videomüraciət paylaşıb. 

Baş nazir müraciətində deyib ki, erməni xalqı gələcəkdə "Meds Yeğern” (ermənicədən tərcümədə “Böyük Cinayət” - red.) kimi hadisələrin təkrarlanmaması məqsədinə nail olub. 

"Biz bu məqsədə nail olmuşuq, ona görə ki, biz başa düşmüşük ki, "Meds Yeğern" hadisəsinin beynəlxalq oyunçuların bir-birinə qarşı mübarizəsində alətə çevrilməsinə yol vermək mümkün deyil. Milli Elmlər Akademiyamız tərəfindən nəşr olunmuş “Erməni Tarixi” cildi qəti şəkildə müəyyən edir ki, "Meds Yeğern" digər amillərlə yanaşı, erməni xalqının beynəlxalq intriqalara cəlb olunması praktikasının nəticəsidir. Bu praktika XIX əsrin ortalarında başlamış və 1915-ci ildə öz faciəvi zirvəsinə çatmışdır", - o qeyd edib. 

Paşinyan əlavə edib ki, ermənilər bu gün Ermənistanın kiçik ərazisində sülh və firavanlıq içində yaşaya bilir. 

"Ermənistan Respublikası, hazırkı ərazisi ilə 5-10 milyon erməni üçün yaşayış yeri ola bilər. Sinqapurun ərazisi Sevan gölünün 2/3-dən də azdır, amma orada 5,5 milyon insan yaşayır. Çünki dövlət təhsil, özünüdərk, sülh və insan mərkəzli məqsədlər üzərində qurulub. Bu gün biz Ermənistan Respublikasını məhz bu məntiqlə, “Real Ermənistan” ideologiyası ilə idarə edirik. Başa düşürük ki, sülh və təhlükəsizlik, ilk növbədə, qonşularla tənzimlənmiş münasibətlər deməkdir və bu münasibətlər bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərin toxunulmazlığını və siyasi müstəqilliyini tanımaq əsasında qurulmalıdır", - o deyib. 

1915-ci il hadisələri Fransa, Almaniya və İtaliya da daxil olmaqla Avropa İttifaqına üzv dövlətlərin əksəriyyətinin parlamentləri və hökumətləri tərəfindən “soyqırımı” kimi rəsmən tanınıb. Keçmiş ABŞ prezidenti Co Bayden də hadisəni "soyqırımı" adlandırmışdı. 

Paşinyanın əvvəllər də "erməni soyqırımı" barədəki çıxışı Ermənistanda mübahisəli qarşılanıb. 

O, 2025-ci ilin yanvarında demişdi ki, bu hadisə yalnız 1950-ci illərdə, SSRİ rəhbərliyinin əli ilə ictimai məsələyə çevrilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

“Reuters”: İrandakı müharibədən sonra ABŞ ardıcıl üçüncü aydır neft ixracında liderdir

12 İyun 2026

Açıq mənbə

Səudiyyə Ərəbistanı neftinin ixrac edildiyi Hörmüz boğazının bağlanması və Rusiya neftinə tətbiq edilən sanksiyalar fonunda ABŞ artıq üçüncü aydır ki, dünyada neft məhsulları ixracında lider mövqeyini qoruyub saxlayır. Bu barədə ”Reuters” agentliyi “Vortexa” gəmi izləmə xidmətinin məlumatlarına istinadla yazır. Məlumata əsasən, ABŞ-nin neft və yanacaq ixracı may ayında gündəlik təxminən 10,5 milyon barrelə yüksəlib. Artım yüksək hasilat və ölkənin strateji neft ehtiyatlarının bazara çıxarılması hesabına baş verib. Eyni dövrdə Rusiyanın ixracı 7 milyon barrel, Səudiyyə Ərəbistanının ixracı isə 5,9 milyon barrel təşkil edib. “Vortexa”-nın 2025-ci il üzrə göstəricilərinə əsasən, həmin il ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı olub və gündəlik...
Dünya

Putin "Rusiyanın maraqlarına zidd" hərəkətlər üçün ölkədən gedənlərin əmlakının müsadirəsinə icazə verdi

11 İyun 2026

ria.ru

Rusiya prezidenti Vladimir Putin “ölkənin maraqlarına qarşı fəaliyyətə” görə ölkəni tərk etmiş rusların  əmlakının müsadirə olunmasına (həbs qoyulmasına) icazə verən qanunu imzalayıb. Qanun sentyabrın 1-dən qüvvəyə minəcək. Bu təşəbbüs xaricdə yaşayan Rusiya vətəndaşlarının inzibati məsuliyyətə cəlb oluna biləcəyi İnzibati Xətalar Məcəlləsinin maddələrinin siyahısını genişləndirir. Bu maddələrə “xarici agent” fəaliyyət qaydalarının pozulması, kütləvi informasiya vasitələrinin azadlığından sui-istifadə, terrorçu və ya ekstremist fəaliyyətə çağırışlar, hakimiyyətə və cəmiyyətə hörmətsizlik, həmçinin nifrətin qızışdırılması daxildir. Siyahıya həmçinin Rusiyanın ərazi bütövlüyünün pozulmasına və sanksiyaların tətbiqinə çağırışlar, Rusiya ordusunun “nüfuzdan salınması” və “nasizmin bəraətləndirilməsi” ilə bağlı maddələr də daxil edilib. Bu maddələr üzrə məsuliyyətə cəlb ediləcək şəxslər...

Seçilmiş Videolar

Toplum TV loqo