Dünya

Paşinyan: "Ermənistanı 'banan respublikası' olmaqdan xilas etdik"

8 May, 2026
71

sosial media

Ermənistanda parlament seçkiləri öncəsi siyasi partiyaların təbliğat kampaniyasına start verilib. 

Bu münasibətlə sosial media hesabında videomüraciət edən baş nazir Nikol Paşinyan başçılıq etdiyi hökumətin son 8 ildəki uğurlarını sadalayıb. 

Onun sözlərinə görə, hökumətin ən böyük uğuru "Ermənistanın müstəqillik tarixində ilk dəfə olaraq sülhün təmin olunmasıdır". Paşinyan müxalifətin Ermənistanda 2018-ci ildən, yəni Paşinyan hakimiyyətə gəlməzdən əvvəl sülh olduğu barədə fikrini təkzib edib. 

“Əsgərlərin hər il öldürüldüyü və yaralandığı bir yerdə siz sülh görmüsünüz? Bizdə sülh yox idi, bizdə davamlı müharibə və müharibənin eskalasiyasının daimi təxirə salınması var idi və həmin təxirəsalmanı biz 2016-cı ilin Aprel Müharibəsində gördük", - o qeyd edib. 

Baş nazirin sözlərinə görə, Qarabağ məsələsinin həlli üçün çərçivə hələ 1996-cı ildə keçirilmiş Lissabon Sammitində müəyyən edilmişdi və Qarabağ məsələsi faktiki olaraq elə o vaxt həll olunmuşdu. O bildirib ki, bütün bu gecikmə və təxirəsalma yalnız bir məqsədə xidmət edirdi: “Ermənistan məsələsini' həll etmək - yəni erməni dövlətçiliyinin aradan qaldırılması." 

“Və bunu məhz biz anladıq və çox tez başa düşdük ki, Ermənistan tələyə düşüb və bizim vəzifəmiz Ermənistanı həmin tələdən çıxarmaq idi. İtkilərimiz və qurbanlarımız bahasına biz Ermənistanı o tələdən çıxardıq və ən vacib məsələ də budur. Qurbanların əbəs olduğunu deyənlər bunu başa düşmürlər - Ermənistanın dövlətçiliyinin həmin tələdən xilas edildiyini", - Paşinyan əlavə edib.

Baş nazir qeyd edib ki, onun administrasiyasının 2018-ci ildə üzləşdiyi ssenariyə görə, Ermənistan Respublikası suveren dövlət kimi mövcudluğunu dayandırmalı və "ən yaxşı halda, hətta nəfəs alıb-vermək üçün belə müxtəlif yerlərdən icazə almağa məcbur olan bir 'banan respublikasına' çevrilməli idi.".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

“Reuters”: İrandakı müharibədən sonra ABŞ ardıcıl üçüncü aydır neft ixracında liderdir

12 İyun 2026

Açıq mənbə

Səudiyyə Ərəbistanı neftinin ixrac edildiyi Hörmüz boğazının bağlanması və Rusiya neftinə tətbiq edilən sanksiyalar fonunda ABŞ artıq üçüncü aydır ki, dünyada neft məhsulları ixracında lider mövqeyini qoruyub saxlayır. Bu barədə ”Reuters” agentliyi “Vortexa” gəmi izləmə xidmətinin məlumatlarına istinadla yazır. Məlumata əsasən, ABŞ-nin neft və yanacaq ixracı may ayında gündəlik təxminən 10,5 milyon barrelə yüksəlib. Artım yüksək hasilat və ölkənin strateji neft ehtiyatlarının bazara çıxarılması hesabına baş verib. Eyni dövrdə Rusiyanın ixracı 7 milyon barrel, Səudiyyə Ərəbistanının ixracı isə 5,9 milyon barrel təşkil edib. “Vortexa”-nın 2025-ci il üzrə göstəricilərinə əsasən, həmin il ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı olub və gündəlik...
Dünya

Putin "Rusiyanın maraqlarına zidd" hərəkətlər üçün ölkədən gedənlərin əmlakının müsadirəsinə icazə verdi

11 İyun 2026

ria.ru

Rusiya prezidenti Vladimir Putin “ölkənin maraqlarına qarşı fəaliyyətə” görə ölkəni tərk etmiş rusların  əmlakının müsadirə olunmasına (həbs qoyulmasına) icazə verən qanunu imzalayıb. Qanun sentyabrın 1-dən qüvvəyə minəcək. Bu təşəbbüs xaricdə yaşayan Rusiya vətəndaşlarının inzibati məsuliyyətə cəlb oluna biləcəyi İnzibati Xətalar Məcəlləsinin maddələrinin siyahısını genişləndirir. Bu maddələrə “xarici agent” fəaliyyət qaydalarının pozulması, kütləvi informasiya vasitələrinin azadlığından sui-istifadə, terrorçu və ya ekstremist fəaliyyətə çağırışlar, hakimiyyətə və cəmiyyətə hörmətsizlik, həmçinin nifrətin qızışdırılması daxildir. Siyahıya həmçinin Rusiyanın ərazi bütövlüyünün pozulmasına və sanksiyaların tətbiqinə çağırışlar, Rusiya ordusunun “nüfuzdan salınması” və “nasizmin bəraətləndirilməsi” ilə bağlı maddələr də daxil edilib. Bu maddələr üzrə məsuliyyətə cəlb ediləcək şəxslər...

Seçilmiş Videolar

Toplum TV loqo