Qazaxıstan parlamentinin aşağı palatası “LGBT təbliğatı”nı qadağa edən qanunu yekdilliklə qəbul edib
Foto: açıq mənbə
Qazaxıstan parlamentinin aşağı palatası - Məclis noyabrın 12-də “Arxiv işi və qanunsuz kontentin yayılmasının məhdudlaşdırılması haqqında” qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.
Sənədin mahiyyəti “pedofiliya və qeyri-ənənəvi seksual orientasiyanın təbliğini” qadağan edir və Rusiyada qəbul edilən analoji, “LGBT təbliğatı”nı yasaqlayan qanunun surəti hesab olunur. Rusiyada həmin qanun artıq yüzlərlə LGBT nümayəndəsinin ölkəni tərk etməsinə səbəb olub.
Qanun layihəsi “uşaqların və yeniyetmələrin rəqəmsal məkanlardakı mənfi məzmundan qorunması ilə bağlı ictimai narahatlığın artması” ilə əsaslandırılıb. Bunu sənədi təqdim edən deputat Elnur Beysenbayev bildirib.
Onun sözlərinə görə, dəyişikliklər “pedofiliya və qeyri-ənənəvi orientasiyanın ictimai məkanlarda təbliğini” qadağan edir və uşaqların hüquqları, reklam, rabitə, mədəniyyət, təhsil, kinematoqrafiya və kütləvi informasiya vasitələri haqqında doqquz əsas qanuna təsir göstərir.
Qanun layihəsi deputatlar tərəfindən yekdilliklə qəbul edilib. Parlament üzvləri iddia ediblər ki, dəyişikliklərin məqsədi “ictimai təbliğatı məhdudlaşdırmaqdır”.
“Heç kimin şəxsi hüquqları məhdudlaşdırılmır. Yeni qaydalar bu cür məlumatların ictimai yayılmasına çərçivə qoyur və bu, beynəlxalq praktikaya uyğundur,” - deyə Beysenbayev qeyd edib.
Deputatın sözlərinə görə, Qazaxıstanda uşaqlar və yeniyetmələr guya “ailə, mənəviyyat və gələcək haqqında təsəvvürlərinə mənfi təsir göstərə biləcək informasiyalarla” internetdə hər gün rastlaşırlar.
“Artan nəsli qanunsuz məzmundan qorumaq onların təhlükəsizliyi və psixi sağlamlığı məsələsidir,” - deyə o əlavə edib.
Beysenbayev həmçinin Qazaxıstanın Tərəqqiyə Yardım Milli Fondunun araşdırmasına istinad edib. Fond iddia edir ki, qeyri-ənənəvi münasibətlərin leqallaşdırılması və təbliği “gənclərin sabitlik və aydınlıq hissini poza bilər.”
Rusiyada oxşar “LGBT təbliğatı” qanunu qəbul edildikdən sonra filmlər senzura olunur, bəzi mahnılar qadağan edilir, idmançılar və tanınmış şəxslərin coming-out (yəni öz cinsi kimliyini və ya orientasiyasını ictimaiyyət qarşısında açıqlamaq) hekayələrini dərc edən mənbələr isə cərimələnir.
Bir sıra beynəlxalq insan haqları təşkilatları Qazaxıstandakı qanun layihəsini insan hüquqlarının pozulması kimi qiymətləndirərək tənqid ediblər. Onların fikrincə, sənəd diskriminasiyaya və inzibati cəzalara yol aça bilər.
Buna cavab olaraq deputat Nikita Şatalov bildirib ki, Qazaxıstan beynəlxalq öhdəliklərinə sadiq qalır və insanları seksual orientasiyasına görə təqib etmir.
Qanun Senatın müzakirəsinə təqdim ediləcək, daha sonra isə prezidentin imzasına göndəriləcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: AP
Foto: açıq mənbə
Prezidentin saytında DTX-nin şəxsi məlumatları yığacağını göstərən sənəd sonradan silinib
Neft-qaz ölkəsində müəllim maaşı regionla müqayisəsi niyə aşağıdır?
Talış fəalın Türkiyədə saxlanılaraq Azərbaycana gətirildiyi bildirilir
Ekspert: “Nazir kənd təsərrüfatındakı uğursuzluğu ört-basdır etmək istəyir”
İmişlidə məktəblilərin öldüyü qəzaya görə yeniyetməyə 7 il yarım həbs verilib