Moskva News Agency
Bu il mayın 9-da Moskvada Qırmızı Meydanda Qələbə Günü paradı 2007-ci ildən n sonra ilk dəfə hərbi texnikasız keçiriləcək.
Bu barədə aprelin 28-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, hazırkı operativ vəziyyətlə əlaqədar Suvorov və Naximov hərbi məktəblərinin yetirmələri, kadet korpusları, eləcə də hərbi texnika karvanı bu il hərbi paradda iştirak etməyəcək. Lakin açıqlamada həmin “operativ vəziyyət”in nədən ibarət olduğu barədə əlavə məlumat verilməyib.
Son dövrlərdə Rusiyanın müxtəlif bölgələri demək olar ki, hər gün Ukrayna tərəfindən həyata keçirilən dron hücumlarının hədəfinə çevrilir. Bu hücumların həm sayı, həm də coğrafiyası əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə genişlənib.
Daha əvvəl müşahidəçilər aprelin sonlarında Moskvada hərbi texnikanın iştirakı ilə keçirilən ənənəvi parad məşqlərinin baş tutmamasına diqqət çəkmişdilər. Ukrayna hücumları fonunda paradın ləğvi və ya məhdud formatda keçirilməsi ilə bağlı ehtimallar da səsləndirilirdi. Bununla belə, Kreml sözçüsü Dmitri Peskov tədbirin planlaşdırıldığı kimi keçiriləcəyini açıqlamışdı.
Bu il İkinci Dünya müharibəsində qələbənin 81-ci ildönümü qeyd olunacaq. Ötən il keçirilən yubiley paradında 10 mindən çox hərbçi və yüzlərlə hərbi texnika iştirak etmişdi.
Rusiyada 9 May paradları 1995-ci ildən mütəmadi olaraq keçirilir. Prezident Vladimir Putinin hakimiyyəti dövründə isə bu tədbir daha geniş miqyas alaraq Sovet dövrünün hərbi paradlarına bənzər formatda təşkil olunmağa başlayıb.
Bu paradlarda xarici qonaqların iştirakı xüsusi önəm daşıyırdı. Lakin bu il iştirak məhduddur - indiyədək yalnız Belarus prezidenti Aleksandr Lukaşenkonun qatılacağı təsdiqlənib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
NATO Air Command
president.gov.ua
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib