Dünya

Baydendən daha bir jest: Ukraynanın təxminən 5 milyard dollarlıq borcu silinə bilər

21 Noyabr, 2024
11

oxu.az

“Bloomberg” xəbər verir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası noyabrın 18-də Konqresə məktub göndərərək Ukraynanın 9 milyard dollarlıq borcunun 4,65 milyard dollarını silməyi planlaşdırdığını bildirib. 

Dövlət Departamenti məktubda həmçinin qeyd edib ki, borcun silinməsi “Ukraynanın qalib gəlməsinə kömək edəcək və bu, ABŞ-ın, onun Aİ, G7 və NATO-dakı tərəfdaşlarının milli maraqlarına uyğundur”.

Respublikaçılar məktuba mənfi reaksiya veriblər. Senator Rend Pol (Rand Paul) “X” hesabında yazıb ki, "Bayden administrasiyasının Ukraynanın borcunu Amerika xalqına yükləməsinin qarşısını almaq üçün" məsələnin Senatda səsverməyə qoyulmasına çalışacaq.

“Bloomberg” xatırladıb ki, Senata demokratlar nəzarət edir və qətnamə qəbul edilsə belə, Bayden ona veto qoya bilər.

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Yenə iğtişaşlar olsa, interneti kəsəcəm – Lukaşenko

22 Noyabr 2024

nytimes.com

Belarus prezidenti Aleksandr Lukaşenko Minsk Dövlət Linqvistik Universitetində humanitar universitetlərin tələbələri ilə görüşü zamanı deyib ki, ölkədə 2020-ci ildəki kimi iğtişaşlar baş versə, internet əlaqəsini tamamilə kəsəcək (DELTA). Belarusda növbəti prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib. Lukaşenkonun sözlərinə görə, 2020-ci ildə interneti onun icazəsilə söndürüblər.  O, tərəzinin bir gözündə ölkənin taleyinin  olduğunu vurğulayıb; deyib ki, o vaxt ölkəni qoruyub saxlamasaydı, müharibə ola bilərdi. “Hər şeyin hardan gəldiyini başa düşürdüm. İnternetdən, ilk növbədə Polşadan - marşrutlar, hara gedəcəyimiz, necə gedəcəyimiz... Mən nəticənin nə ola biləcəyini başa düşürdüm. Bizdə müharibə Ukraynadakından betər olardı” – Lukaşenko belə deyib.
Dünya

Rusiyanın hipersəs raketindən istifadə etməsi “dəhşətli eskalasiyadır” – Almaniya kansleri

22 Noyabr 2024

CNN.com

Almaniya kansleri Olaf Şolz deyib ki, Rusiyanın Ukraynaya qarşı eksperimental hipersəs raketindən istifadə etməsi “dəhşətli eskalasiya” nümunəsidir və nəyin bahasına olursa-olsun, eskalasiyadan yayınmaq lazımdır (AFP). O, həmçinin qeyd edib ki, Almaniya müttəfiqlərilə müzakirələr aparmalı və "bu müharibənin Rusiya və NATO arasında müharibəyə çevrilməsinin qarşısını alacaq işlər görməlidir".

Seçilmiş Videolar

Toplum TV loqo