açıq mənbədən götürülüb
İsrailin müdafiə naziri İsrael Katz Hayfadakı hərbi-dəniz bazasına səfəri zamanı deyib ki, İsrail dünən gecə Suriya donanmasını məhv edib. “Radio Svoboda” bunu “The Times of Israel” nəşrinə istinadən yazıb (https://t.me/radiosvoboda/73151).
Katz bildirib ki, İsrail qüvvələri Suriya və Holan təpələri arasındakı bufer zonada mövqelərini gücləndirib. O, İsrailə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün Suriyanın cənubunda steril müdafiə zonası yaradılmasını təklif edib.
“The Times of Israel” nəşrinə danışan mənbələr Suriya gəmilərinin Minet əl-Beyda körfəzinə və Latakiya limanına raket hücumları nəticəsində məhv edildiyini bildiriblər.
“Reuters” agentliyi dəniz təhlükəsizliyi məsələlərini araşdıran “Ambrey” şirkətinə (Britaniya) istinadən xəbər verir ki, Suriyanın ən azı beş hərbi gəmisi batırılıb. Agentlik limandakı infrastrukturlara ziyan dəydiyini əks etdirən görüntülər olmadığını qeyd edib.
Daha əvvəl xəbər verilmişdi ki, İsrail ordusu Həma, Hüms və Latakiya əyalətləri də daxil olmaqla, Suriyada 250-dən çox obyektə zərbələr endirib, Tartusdakı Rusiya gəmiləri Aralıq dənizinə doğru hərəkət edib.
İsrail ordusu Hermon dağının Suriya tərəfində də mövqelərini gücləndirir.
BMT İsraili Suriyadakı hədəflərə hücumları dayandırmağa çağırıb. İsrail buna cavab olaraq bildirib ki, sərhəddəki mövqelərini öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün gücləndirdir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
Georgia Today
Mərhum nazirin oğlu Arif Rəhimov məhkəməyə niyə gəlmir?
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Perinatal Mərkəzin hazırkı rəhbəri: “20 çarpayılıq bölməyə 61 küvəz yerləşdirmişdi”
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub