Georgia Today
Fransanın Prezident Administrasiyası Makronla İvanişvili arasındakı telefon danışığının öz versiyasını paylaşıb (https://t.me/NGnewsgeorgia/21077).
Açıqlamada bildirilir ki:
- Fransa Prezidenti vətəndaş cəmiyyətinin və müxalifət nümayəndələrinin hədələnməsini, eləcə də dinc nümayişçilərə və jurnalistlərə qarşı polis zorakılığını pisləyib;
- sərbəst toplaşmaq azadlığına hörmət etməyə və avropapərəst mitinqlərdə saxlanılan vətəndaşları azad etməyə çağırıb;
- Gürcüstan hakimiyyətinin Avropa trayektoriyasından kənara çıxdığını deyib və bundan təəssüfləndiyini bildirib;
- gürcü xalqının Avropa və demokratiya istəyiini alqışlayıb;
- hakimiyyəti bütün siyasi qruplarla və vətəndaş cəmiyyəti nümayəndələrilə dialoqa çağırıb.
Administrasiya telefon danışığına Makronun təşəbbüs göstərdiyini təsdiqləyib.
****
“Gürcü Arzusu” Partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili Fransa Prezidenti Emmanuel Makronla danışıb (https://t.me/NGnewsgeorgia/21071).
“Gürcü arzusu”nun mətbuat xidməti telefon danışığına Makronun təşəbbüs göstərdiyini açıqlayıb.
Bildirilir ki, Fransa prezidenti Gürcüstandakı vəziyyətdən narahatlığını ifadə edib və problemin tam həllinə töhfə vermək arzusunda olduğunu deyib.
“Bidzina İvanişvili Fransa prezidentinə təşəbbüsə görə təşəkkür edib və birgə səy ideyasını dəstəkləyib” - partiyanın məlumatında belə deyilir.
Söhbətin bir saat davam etdiyi qeyd edilir. Tərəflər bir neçə gün sonra təkrar danışmaq barədə razılığa gəliblər.
Keçən həftə Parisdə Makron “Gürcü Arzusu”na müxalif mövqedə olan Gürcüstan prezidenti Salome Zurabişvilini qəbul edib. KİV-lərin yazdığına görə, Fransa prezidenti Zurabişvilinin Trampla da görüşməsinə şərait yaradıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Mərhum nazirin oğlu Arif Rəhimov məhkəməyə niyə gəlmir?
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Perinatal Mərkəzin hazırkı rəhbəri: “20 çarpayılıq bölməyə 61 küvəz yerləşdirmişdi”
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub