Getty Images/Andrew Harnik
ABŞ prezidenti Donald Tramp İsrail və Livanın 10 günlük atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.
O, özünün “Truth Social” hesabında yazıb ki, Livan prezidenti Jozef Aun və İsrailin baş naziri Benyamin Netanyahu ilə apardığı danışıqlardan sonra tərəflər rəsmi atəşkəs elan etməyə razılaşıblar.
Atəşkəs rejiminin aprelin 17-nə keçən gecə qüvvəyə mindiyi bildirilir. ABŞ prezidenti həmçinin hər iki ölkənin liderini Vaşinqtona danışıqlara dəvət etdiyini qeyd edib.
İsrail mediasının məlumatına görə, hökumətin bəzi nazirləri Netanyahudan Livanla atəşkəs məsələsini səsverməyə çıxarmağı tələb etsələr də, baş nazir bunun baş tutmayacağını deyib. Netanyahu İsrail qüvvələrinin atəşkəs günlərində strateji mövqelərdə qalacağını bildirib və məsələ ilə bağlı əlavə müzakirələr aparılacağını vəd edib.
İsrail ordusu Livanın cənubunda ABŞ və İsrail tərəfindən terror təşkilatı kimi tanınan, Livanda isə siyasi qüvvə kimi fəaliyyət göstərən “Hizbullah”a qarşı əməliyyat keçirdiyini bildirir. Netanyahunun sözlərinə görə, atəşkəs dövründə İsrail ordusu Suriya sərhədinədək uzanan geniş təhlükəsizlik zonasında mövcudluğunu davam etdirəcək.
Aprelin 17-si səhər Livan ordusu İsraili atəşkəs rejimini pozmaqda ittiham edib. İsrail ordusu isə bu iddialara hələlik münasibət bildirməyib.
Ardınca Tramp “Hizbullah”ın bu mühüm dövrdə “məsuliyyətli davranacağına” ümid etdiyini bildirib. O, paylaşımında “Artıq qətllər dayansın, nəhayət sülh olmalıdır” yazıb.
İsrail tərəfi dəfələrlə bildirilib ki, Livan ordusu ölkə ərazisində “Hizbullah”ın fəaliyyətinə effektiv nəzarət etmək gücündə deyil. Bundan əlavə, silahlı qruplaşmanın bölmələrinin atəşkəsdən öz maraqları naminə istifadə etməyə cəhd etməsi də istisna edilmir.
Bundan əvvəl Vaşinqtonda İsrail və Livan nümayəndələri arasında 1993-cü ildən bəri ilk dəfə birbaşa danışıqlar keçirilib. Görüş ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə baş tutub. Tərəflər yaxın həftələrdə dialoqu davam etdirmək, o cümlədən sərhədlərin delimitasiyası və humanitar məsələləri müzakirə etmək barədə razılığa gəliblər.
İsrail və Livan 1948-ci ildə İsrail dövlətinin yaradılmasından bəri formal olaraq müharibə vəziyyətindədirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Açıq mənbə
sosial media
“DTX-nin istintaq şöbəsinin rəhbəri ‘etirafedici’ ifadə müqabilində qısamüddətli həbs təklif etmişdi”
Paşinyan: "Erməni soyqırımı ermənilərin beynəlxalq intriqalara cəlb olunmasının nəticəsi idi"
Azərbaycan iqtisadi inkişafda Gürcüstan və Ermənistanın gerisinə düşüb
Azərbaycan XİN sözçüsü Mamdaniyə: "İctimai fiqurlar məsuliyyətli davranmalıdır"
Ramil Babayev yazır: “Bakı İstintaq Təcridxanasında zorakılıq ayıdır”