Dünya

Tramp: "Gəmilərin Hörmüzdən keçməsinə yardım edəcəyik" 

4 May, 2026
80

Reuters

ABŞ prezidenti Donald Tramp ölkəsinin Hörmüz boğazında ilişib qalmış gəmilərin keçməsinə yardım edəcəyini deyib. 

O, "Truth Social" platformasında yazıb ki, "Azadlıq Proyekti" adlı əməliyyat mayın 4-dən başlayacaq və hər hansı müdaxiləyə güc tətbiq etməklə cavab veriləcək. O, əməliyyatı humanitar jest kimi qiymətləndirib. 

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, təxminən 15 min ABŞ hərbçisi, idarə olunan raketlərlə təchiz olunmuş esmineslər və 100-dən çox təyyarə bu əməliyyata cəlb olunacaq. ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın isə davam edəcəyi qeyd edilib. 

İranın yüksək vəzifəli rəsmiləri isə ABŞ-nin boğazda hər hansı müdaxilə cəhdinin cavabsız qalmayacağı ilə bağlı xəbərdarlıq edib. 

Fevralın 28-də ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirməyə başlayıb. İran isə cavab olaraq dünya üzrə neft və təbii qaz tədarükünün təxminən beşdə birinin həyata keçdiyi Hörmüz boğazını əksər gəmilərə bağlayıb. 

Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs əldə olunsa da, İran Hörmüz boğazını açmaqdan imtina edib. Buna əsas kimi ABŞ-nin İran limanlarına blokada tətbiq etməsi göstərilib. 

Beynəlxalq Dənizçilik Təşkilatı ötən həftə bildirib ki, münaqişə başlayandan bəri 2 min gəmidə 20 minə yaxın dənizçi boğazda blokadaya görə Fars körfəzində ilişib qalıb və onların səhhəti ilə bağlı ciddi narahatlıqlar var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

NATO Baltik səmasında təhlükə yaradan hərbi təyyarələrin vurulmasına icazə verdi

10 İyul 2026

NATO Air Command

NATO Baltik ölkələrinin hava məkanını patrul edən hərbi hava qüvvələrinin missiyasının statusunu genişləndirir. Yeni qərara əsasən, NATO qırıcılarının pilotları hava məkanını pozan və təhlükə yaradan pilotsuz uçuş aparatlarını, eləcə də hərbi təyyarələri siyasi icazə almadan vurmaq səlahiyyəti alacaqlar. "NATO Baltik ölkələrinin hava məkanının patrul missiyasını hava hücumundan müdafiə missiyasına çevirir. Bu, Alyansa daha böyük çeviklik qazandıracaq və havadan gələn təhdidlərə daha sürətli reaksiya verməyə imkan verəcək", - Estoniyanın xarici işlər naziri Marqus Tsaxna "X" hesabında yazıb. Nazir bildirib ki, Estoniyadakı "Əmari" aviabazası bundan sonra NATO-nun rəsmi əməliyyat bazası kimi fəaliyyət göstərəcək. Estoniyanın müdafiə naziri Hanno Pevkur isə ERR-ə deyib ki,...
Dünya

Tramp Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziya verməyə söz verib 

9 İyul 2026

president.gov.ua

ABŞ prezidenti Donald Tramp Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziya verməyə söz verib.  O, bunu iyulun 8-də Ankarada Şimali Atlantik Müqaviləsi Təşkilatının (NATO) sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə deyib. "Biz başa salandan sonra özləri tez bir zamanda istehsal edə biləcəklər. Bundan sonra [Zelenski] daha şikayət etməyəcək ki, bəs niyə bizə "Patriot" vermirsiniz", - o qeyd edib.  Tramp əlavə edib ki, bu barədə ABŞ şirkətlərinə hələ təlimat verməyib, amma bunun problem olacağını düşünmür.  Dünyanın ən yaxşı hava müdafiə sistemlərindən hesab olunan "Patriot" raketləri qarşı tərəfin atdığı raketləri havada aşkarlayıb məhv edə bilir. Eyni zamanda, onlar ən bahalı sistemlər...

Seçilmiş Videolar

Toplum TV loqo