Dünya

Tramp: "Məni İranla müharibəyə İsrail vadar etməyib"

21 Aprel, 2026
88

Reuters

ABŞ prezidenti Donald Tramp onu İranla münaqişəyə İsrailin vadar etmədiyini bildirib. 

O, bu barədə aprelin 20-də "Truth Social" platformasında yazıb. 

Tramp əlavə edib ki, münaqişəyə getmək qərarını öz iradəsi ilə verib və İsrailin 2023-cü ilin oktyabrın 7-də Qəzzaya nəzarət edən HƏMAS qruplaşması tərəfindən məruz qaldığı hücum onun "İran heç vaxt nüvə silahına sahib olmamalıdır" fikrini gücləndirib. 

"Saxta xəbər mediasının ekspertlərini və sorğularını tam inamsızlıq içində izləyirəm və oxuyuram. Onların dediklərinin 90 faizi yalan və uydurma hekayələrdir, sorğular isə saxtalaşdırılıb - necə ki, 2020-ci il prezident seçkiləri saxtalaşdırılmışdı", - o qeyd edib. 

Trampın tənqidçilərindən başqa, vaxtilə onu dəstəkləyən və administrasiyasında çalışmış şəxslər də İranla münaqişənin ABŞ-nin deyil, İsrailin maraqlarına xidmət etdiyini və İsrail baş naziri Benyamin Netanyahunun Trampı bu qərara vadar etdiyini dilə gətirirlər. 

Ötən ay ABŞ-nin Terrorçuluqla Mübarizə Milli Mərkəzinin direktoru Co Kent ölkəsinin İrana qarşı hücumlarına etiraz olaraq istefa verib. O, Trampa ünvanladığı istefa ərizəsində münaqişənin İsrailin və "onun Amerikadakı güclü lobbisinin təzyiqi altında" başladığını yazıb. 

ABŞ-nin keçmiş vitse-prezidenti, 2024-cü il seçkilərində Trampa rəqib olan Kamala Harris də ötən həftə çıxışında Netanyahunun Trampı "Amerika xalqının istəmədiyi" münaqişəyə cəlb etdiyini deyib. 

Fevralın 28-də ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirməyə başlayıb. İran isə cavab olaraq İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Fars körfəzi ölkələrinə raket və dron zərbələri endirib. İran həm də dünya neft-qaz tədarükünün 20 faizdən çoxunun həyata keçdiyi Hörmüz boğazını bağlayıb. 

Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə tərəflər arasında iki həftəlik atəşkəs barədə razılıq əldə olunub. Həmin müddət aprelin 21-də başa çatır.

Bu müddət ərzində tərəflər İslamabadda üzbəüz danışıqlar aparıblar, lakin razılığa gəlməyiblər. Danışıqların növbəti raundu bu həftənin əvvəlinə planlaşdırılsa da, İran ABŞ-nin "həddini aşan tələblərini" əsas gətirərək danışıqlara getməkdən imtina edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

NATO Baltik səmasında təhlükə yaradan hərbi təyyarələrin vurulmasına icazə verdi

10 İyul 2026

NATO Air Command

NATO Baltik ölkələrinin hava məkanını patrul edən hərbi hava qüvvələrinin missiyasının statusunu genişləndirir. Yeni qərara əsasən, NATO qırıcılarının pilotları hava məkanını pozan və təhlükə yaradan pilotsuz uçuş aparatlarını, eləcə də hərbi təyyarələri siyasi icazə almadan vurmaq səlahiyyəti alacaqlar. "NATO Baltik ölkələrinin hava məkanının patrul missiyasını hava hücumundan müdafiə missiyasına çevirir. Bu, Alyansa daha böyük çeviklik qazandıracaq və havadan gələn təhdidlərə daha sürətli reaksiya verməyə imkan verəcək", - Estoniyanın xarici işlər naziri Marqus Tsaxna "X" hesabında yazıb. Nazir bildirib ki, Estoniyadakı "Əmari" aviabazası bundan sonra NATO-nun rəsmi əməliyyat bazası kimi fəaliyyət göstərəcək. Estoniyanın müdafiə naziri Hanno Pevkur isə ERR-ə deyib ki,...
Dünya

Tramp Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziya verməyə söz verib 

9 İyul 2026

president.gov.ua

ABŞ prezidenti Donald Tramp Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziya verməyə söz verib.  O, bunu iyulun 8-də Ankarada Şimali Atlantik Müqaviləsi Təşkilatının (NATO) sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə deyib. "Biz başa salandan sonra özləri tez bir zamanda istehsal edə biləcəklər. Bundan sonra [Zelenski] daha şikayət etməyəcək ki, bəs niyə bizə "Patriot" vermirsiniz", - o qeyd edib.  Tramp əlavə edib ki, bu barədə ABŞ şirkətlərinə hələ təlimat verməyib, amma bunun problem olacağını düşünmür.  Dünyanın ən yaxşı hava müdafiə sistemlərindən hesab olunan "Patriot" raketləri qarşı tərəfin atdığı raketləri havada aşkarlayıb məhv edə bilir. Eyni zamanda, onlar ən bahalı sistemlər...

Seçilmiş Videolar

Toplum TV loqo