Foto: AP
İranın ali lideri Seyid Əli Xamenei ABŞ prezidenti Donald Trampa cavab verib.
Tramp yanvarın 8-də qonaq olduğu radio verilişində deyib ki, İran hakimiyyəti etirazçıları hədəf almağa davam edərsə, İrana zərbə endirəcək. O, həmçinin, Xameneinin ölkəni tərk etməyə hazırlaşdığını iddia edib.
Xamenei isə yanvarın 9-da çıxışında deyib ki, Tramp "öz ölkəsinin işləri ilə məşğul olsun".
"Onun ölkə idarə etməkdən başı çıxsaydı, öz ölkəsini idarə edərdi. ABŞ-də çoxlu problemlər var", - o qeyd edib.
“Tramp bilməlidir ki, Firon, Nəmrud, Rza Şah və Məhəmməd Rza kimi dünya tiranları məhz təkəbbürlərinin zirvəsində devriliblər. O da devriləcək”, - Xamenei əlavə edib.
Xamenei etirazçılara yönəlik olaraq isə deyib ki, onlar Trampı məmnun etməyə çalışırlar.
“Hər kəs bilməlidir ki, İslam Respublikası yüz minlərlə şərəfli insanın qanı ilə hakimiyyətə gəlib və fitnəkarların qarşısında geri çəkilməyəcək", - o bildirib.
Xamenei daha öncə etirazçılar haqda demişdi ki, onları "yerinə oturtmalı olacağıq".
İranda rialın devalvasiyasına etiraz olaraq başlayan nümayişlər 12 gündür ölkəboyu davam edir.
Bu günə qədər etirazlarda 8-i uşaq olmaqla 45 nəfərin öldürüldüyü, yüzlərlə etirazçının yaralandığı və 2,000-dən çoxunun həbs olunduğu bildirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Açıq mənbə
Açıq mənbə
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib
Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq
“Toplum TV işi”: “Belə işə görə siz müstəntiqlərə cinayət işi açmalı idiniz”
Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?
Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib