İqtisadiyyat

Azərbaycanda qida məhsulları 7 faizə yaxın bahalaşıb 

17 Aprel, 2026
133

Açıq mənbə

Azərbaycanda 2026-cı ilin yanvar-mart aylarında qida məhsulları, içkilər və tütün məmulatlarının istehlak qiymətləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz artıb. 

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) hesabatında məlumat verilir. 

İlk 3 ayda qiyməti ən çox artan məhsullardan - tütün məmulatları 11,1 faiz, süd, süd məhsulları və yumurta 10,5 faiz, meyvələr 10 faiz, araq və brendi 8,9 faiz, balıq və balıq məhsulları 8,8 faiz, ət və ət məhsulları 7,9 faiz, kərə və bitki yağları, çay, qəhvə və kakao isə 7,3 faiz bahalaşıb. 

Yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 5,7 faiz, qeyri-qida məhsullarının qiymətləri isə 3,6 faiz artıb. 

Rəsmi statistikaya sosial media hesabında münasibət bildirən Milli Məclisin üzvü, iqtisadçı Vüqar Bayramov qiymət artımını Azərbaycanın xarici ticarətində idxal payının çox olması ilə izah edib. 

“Meyvə və tərəvəzin qiymətində daha çox artımların qeydə alınması bir sıra məhsullar üzrə idxalın payının çox olması ilə bağlıdır. İran müharibəsi mart ayında idxal inflyasiyasını daha da aktivləşdirib. Dünya bazarında müşahidə edilən qiymət artımları fonunda yerli kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi daha da prioritetləşməkdədir. Son qlobal və regional geo-siyasi gərginliklər bir daha təsdiq edir ki, qiymət artımlarının qarşısının alınması üçün əsas yol yerli istehsaldır. Bununla idxal inflyasiyasının təsirlərini minimumlaşdırmaq və istehlak bazarında qiymət optimallığını qorumaq olar”, - o qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Hesablama Palatası milyonluq maliyyə pozuntuları aşkarlayır, bəs niyə heç kim cəzalanmır?

8 May 2026

açıq mənbə

Hesablama Palatası (HP) ötən ay dövlət qurumlarında son illərdə apardığı auditlə bağlı hesabatını açıqladı. Hesabatda bir sıra nazirlik və komitələrdə ciddi maliyyə pozuntularının olduğu bildirilirdi.  Məsələn, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2024-cü ildə proqnozdan 176 milyon manat artıq vəsait xərcləndiyi qeyd olunub. 2023-2025-ci illərdə Dövlət Gömrük Komitəsində aparılmış auditin nəticəsi ilə bağlı isə bildirilir ki, yeni inzibati binanın tikintisi üzrə 18 milyon manata yaxın vəsait maliyyə sənədlərində tam əks etdirilməyib.  HP-nin əvvəlki illərdə də dövlət qurumlarında bir neçə milyonluq maliyyə pozuntuları aşkarladığı barədə açıqlamalar verilib. Bu pozuntulara, adətən, nümunə olaraq müqavilələrdə işlərin dəyərinin artırılması, məlumatların proqram təminatına tam daxil edilməməsi,...
İqtisadiyyat

İnflyasiya və gəlirlər arasında uçurum: Azərbaycanda bahalaşma davam edir

7 May 2026

Açıq mənbə

Son aylarda Azərbaycanda ərzaqların və gündəlik xidmətlərin qiymətlərində artım müşahidə olunur. Bu bahalaşma fonunda vətəndaşların gəlirlərinin eyni sürətlə artıb-artmaması isə sual doğurur. Toplum TV ərzaq və gündəlik xidmətlərin qiymətləri ilə bağlı vətəndaşlar arasında sorğu keçirib. Sorğuda iştirak edən vətəndaşlar bildirir ki, bəzi məhsulların qiymətləri qısa müddətdə ciddi şəkildə yüksəlib: “Bahalaşma sürətli baş verir, dünən bir qiymətə olan məhsul, bugün gedəndə görürsən ki, daha da bahalaşıb. Qiymətlər qəpik-qəpik yox, birbaşa manatla artır. Əsasən yağın qiyməti artıb, kilosunu 20 manata aldığım yağ artıq 27 manatdır. İctimai nəqliyyatın da qiyməti artıb.” Eyni zamanda sorğuda iştirak edənlər qeyd edib ki, qiymətlərdəki artımlara baxmayaraq, aldıqları...

Seçilmiş Videolar

Toplum TV loqo