İqtisadiyyat

Bu ilin ilk 3 ayında Azərbaycan neftinin orta qiyməti 85 dollar olub

8 Aprel, 2026
77

Açıq mənbə

2026-ci ilin yanvar-mart ayları ərzində dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin orta ixrac qiyməti 85.11 ABŞ dolları olub.

Bu müddət ərzində ən yüksək göstərici 128.28, ən minimal isə 64.12 ABŞ dolları səviyyəsində olub.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15.81), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149.66) qeydə alınıb.

Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-mart aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 9 milyard 599 milyon manat təşkil edib. Bu isə proqnozdan 458.9 milyon manat və ya 5 faiz çox deməkdir.

Müstəqil iqtisadçılar ölkə iqtisadiyyatının neft və qazdan yüksək asılılığını doğru hesab etmirlər. Onların sözlərinə görə, ötən il ixrac gəlirlərinin təxminən 85 faizi məhz neft və qazın payına düşüb.

İqtisadçılar xatırladırlar ki, hökumət 2014–2015-ci illərdə neftin ucuzlaşdığı dövrdə qeyri-neft sektorunun inkişafını prioritet elan etmişdi. Bu ilin əvvəlində də oxşar vədlər səsləndirilib. Onların fikrincə, neftin müvəqqəti bahalaşması hökuməti bu öhdəlikləri unutmağa sövq etməməlidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycan iqtisadi inkişafda Gürcüstan və Ermənistanın gerisinə düşüb

17 Aprel 2026

Açıq mənbə

Xəbər verildiyi kimi, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz aşağı düşüb, qeyri neft-qaz sektorunda isə cəmi 0,2 faiz artıb. 2025-ci ildə Azərbaycanda ÜDM cəmi 1,4 faiz artmışdı və bu, MDB ölkələri arasında Rusiyadan sonra ən aşağı göstərici idi. Ötən il Azərbaycanda adambaşına düşən ÜDM 7400 ABŞ dolları həcmində olub. Cənubi Qafqaz regionu üzrə müqayisə aparanda Azərbaycanın qonşularından nə qədər geri qaldığı bariz görünür. Məsələn, bu ilin ilk iki ayı ərzində Gürcüstanda ÜDM 8,4% artıb. Fevral ayında...
İqtisadiyyat

Azərbaycanda qida məhsulları 7 faizə yaxın bahalaşıb 

17 Aprel 2026

Açıq mənbə

Azərbaycanda 2026-cı ilin yanvar-mart aylarında qida məhsulları, içkilər və tütün məmulatlarının istehlak qiymətləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz artıb.  Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) hesabatında məlumat verilir.  İlk 3 ayda qiyməti ən çox artan məhsullardan - tütün məmulatları 11,1 faiz, süd, süd məhsulları və yumurta 10,5 faiz, meyvələr 10 faiz, araq və brendi 8,9 faiz, balıq və balıq məhsulları 8,8 faiz, ət və ət məhsulları 7,9 faiz, kərə və bitki yağları, çay, qəhvə və kakao isə 7,3 faiz bahalaşıb.  Yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 5,7 faiz, qeyri-qida...

Seçilmiş Videolar

Toplum TV loqo