İqtisadiyyat

DSK: 2025-ci ildə qida məhsullarında qiymət artımı 6,4 faiz olub

14 Yanvar, 2026
92

Foto: açıq mənbə

2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr ayına nisbətən 105,2 faiz artır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə deyilir.

Bildirilir ki, artım qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106,4 faiz, qeyri-qida məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,7 faiz təşkil edib.

DSK vurğulayır ki, 2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil edib.

“2025-ci ilin dekabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,8 faiz olub”, - məlumatda qeyd olunur.

Habelə, ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin, arağın, ucuzlaşma isə limonun, portağalın, naringinin, bananın, kivinin, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, sarımsağın qiymətlərində müşahidə olunub. 

2025-ci ilin dekabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,5 faiz təşkil edib. 

Qurum əlavı edir ki, dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma geyimlərin, məişət cihazlarının, zərgərlik məmulatlarının, ucuzlaşma isə taxtanın, sementin, qabların yuyulması üçün vasitələrin və təsərrüfat sabununun qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,5 faiz təşkil edib. 

“Dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib”, - DSK bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycanda büdcə gəlirləri 344 milyon manat azalıb

12 Fevral 2026

Foto: açıq mənbə

Maliyyə Nazirliyi 2026-cı ilin ilk ayı üzrə dövlət büdcəsinin gəlirləri ilə bağlı məlumatları açıqlayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə büdcə gəlirləri 344 milyon manat və ya 8,5 faiz azalıb. Belə ki, 2026-cı ilin yanvarında dövlət büdcəsinin ümumi daxilolmaları 3,707 milyard manat təşkil edib, halbuki 2025-ci ilin yanvarında bu göstərici 4,051 milyard manat idi. Dövlət Gömrük Komitəsinin ödənişləri 487 milyon manat səviyyəsində qalıb və əvvəlki illə müqayisədə dəyişməyib. Dövlət Vergi Xidmətinin büdcəyə topladığı vəsait isə 2,050 milyard manat olub ki, bu da ötən ilin eyni ayına nisbətən 210 milyon manat və ya 10 faiz azdır. Dövlət Neft Fondunun büdcəyə transfertləri...
İqtisadiyyat

2025-ci ildə Azərbaycanın turizm gəlirləri azalıb: 6 illik bağlı sərhədlər sektoru zəiflədib

12 Fevral 2026

Foto: açıq mənbə

Hər hansı bir ciddi arqument olmadan uzun bir dövr ərzində ölkəyə giriş-çıxışın ciddi şəkildə məhdudlaşdırılmasının əvəzini turizm sektoru ödəyir. Artıq altı ildir quru sərhədləri bağlı saxlanması göstərir ki, hökumətin turizmi iqtisadiyyatın prioritet sektorlarından biri elan etməsi kağız üzərində bəyanatlardan başqa bir şey deyil. Rəsmi statistikanın 2025-ci ilin yekunları üzrə açıqladığı məlumata görə, Azərbaycana turizm məqsədilə gələn əcnəbilərin sayı 2024-cü illə müqayisədə üç faizə yaxın və ya 51 min nəfər azalaraq 1,804 milyon nəfərə enib. Öz növbəsində, bu pandeniyadan öncəki dövrlə (2019-cu il) müqayisədə təxminən 1,1 milyon nəfər yaxud 59 faiz aşağı göstəricidir. Həmin dövrdə ölkəyə turizm məqsədlilə gələn əcnəbilərin ümumi...

Seçilmiş Videolar

Toplum TV loqo