Dünya Bankı: “Azərbaycanda qanunlar qadınların işləməyinə imkan versə də, onların effektiv icrası üçün mexanizmlər tam formalaşmayıb”
Foto: açıq mənbə
Dünya Bankı ölkələrdə qadınların iqtisadi hüquqlarını və fəallığını qiymətləndirən “Qadınlar, Biznes və Hüquq” hesabatını dərc edib.
Hesabatda Azərbaycan 100 ballıq şkalada qadınların iqtisadi hüquqlarını təmin edən qanunvericilik üzrə 72,18 bal toplayıb. Qanunların tətbiqi üzrə qiymətləndirmədə isə Azərbaycana 59,12 bal verilib.
Hesabatda bildirilib ki, Azərbaycanda qanunlar qadınların iqtisadi fəaliyyətinə imkan versə də, onların effektiv icrası üçün institusional və sosial mexanizmlər tam formalaşmayıb.
190 ölkəni əhatə edən hesabatda qlobal miqyasda da qanunvericiliklə hüquqların tətbiqi arasında fərqin qalmaqda davam etdiyi qeyd olunub.
Dünya Bankının hesabatı qadınların iqtisadi imkanlarını 10 sahə üzrə qiymətləndirir. Bunlara təhlükəsizlik, əmək fəaliyyəti, əməkhaqqı, sahibkarlıq, nikah, valideynlik, uşaq baxımı, aktivlər və pensiya hüquqları daxildir.
Dünya Bankı, həmçinin, bildirir ki, qiymətləndirilən 190 ölkənin heç biri qadınlara kişilərlə bərabər iqtisadi imkanlar vermir. Dünya miqyasında isə qadınlar kişilərə tanınan hüquqların yalnız üçdə ikisindən yararlana bilirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Açıq mənbə
Açıq mənbə
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib
Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq
Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?
Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib
Fərid İsmayılov hakimə: “Cinayət işi materiallarını oxusaydınız, kağızları müstəntiqlərin başına çırpardınız”