İqtisadiyyat

Nazir: "Azərbaycanda bir təsərrüfat sahəsi ilə fermerin ailəsini təmin etməsi mümkün deyil" 

13 Noyabr, 2025
81

Foto: açıq mənbə

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, Azərbaycanda fermerin bir təsərrüfat sahəsi ilə ailəsinin dolanışığını təmin etməsi mümkün deyil. 

O, bunu noyabrın 13-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında bildirib. 

"Hazırda ölkədə bir təsərrüfata düşən ortalama sahə 1,7 hektardır. Bu qədər sahə ilə bir fermerin ailəsini il ərzində təmin etməsi mümkün deyil. Bizim hesablamalara görə, ortalama 9 hektar sahə olmalıdır ki, fermer ailəsi üçün illik minimum gəlir əldə edə bilsin. Bölgələrdə bir ailə təxminən 4 nəfərdir, onların minimum illik gəliri 14 min manat olmalıdır. Bu məbləği əldə etmək üçün ortalama 9 hektar sahəyə ehtiyac var. Məsələn, taxılçılıqda bunun üçün 33 hektar tələb olunur. 1,7 hektarla 33 hektarın fərqini təsəvvür edin?" 

Nazir qeyd edib ki, bu problemi həll etmək üçün hazırda kənd təsərrüfatında əsas məqsəd məhsuldarlığın və əlavə dəyər yaradan bitkilərin artırılmasıdır. 

"Dənli bitkilərin əkin sahəsi azalıb, bu, dəyəri ən az olan sahədir. Amma son 5 ildə meyvəçilik sahəsində artım var. 40 min hektara qədər yeni meyvə bağları salınıb. Meyvə bağları həm gəlirlilik, həm də iş yerləri baxımından daha faydalıdır", - o əlavə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Ərzaq və qeyri-ərzaq satışlarında artım: tibbi xərclər 1,4 milyard manatı keçib

11 Dekabr 2025

Foto: açıq mənbə

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58 milyard 571 milyon manatlıq məhsul satılıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, bunun 31 milyard 937 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 26 milyard 634 milyon manatı isə qeyri-ərzaq mallarının payına düşür. 2024-cü ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7% artıb.  DSK bildirir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 1,2%, qeyri-ərzaq malları üzrə isə 6,7% təşkil edib. Artımın müşahidə edildiyi sahələrdən biri də tibbi xərclərdir.  2025-ci ildə əczaçılıq məhsulları və tibbi ləvazimatlara 1 milyard 424 milyon manatdan çox vəsait xərclənib.  Ötən...
İqtisadiyyat

Azərbaycanda su idarəçiliyi böhranı: qurumlar dəyişdi, sistem dəyişmədi

10 Dekabr 2025

Foto: president.az

Azərbaycanda suvarma kanallarının əksəriyyətinin torpaq məcralı olması uzun illərdir ki, kənd təsərrüfatında problem olaraq qalır.  Prezident İlham Əliyev hələ 2021-ci ildə deyirdi ki, torpaq kanallardan “canımızı qurtarmalıyıq”.  “Ancaq onun əvəzinə hansı texnologiyalar gətiriləcək, bunu artıq siz müəyyən etməlisiniz. Dünyanın bu sahədəki aparıcı şirkətləri ilə sıx təmaslar qurulmalıdır, iqlimi bizim iqlimimizə oxşar olan ölkələrin təcrübəsindən faydalanmalıyıq. Elə ölkələr var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq qat-qat çoxdur. Ona görə bütün bunlar gərək dəqiq araşdırılsın, düzgün fəaliyyət planı tərtib edilsin", - deyə ölkə başçısı “Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) o vaxtkı başçısı Zaur Mikayılovu qəbul edərkən...

Seçilmiş Videolar

Toplum TV loqo