Azərbaycanda Repressiyaya Son Kampaniyası AŞPA-nı hərəkətə keçməyə çağırır
Foto: açıq mənbə
Azərbaycanda Repressiyaya Son Kampaniyası Avropa Şurası Parlamentlər Assambleyasına (AŞPA) çağırış edib.
Hərəkat AŞPA-nı Azərbaycandakı insan hüquqları böhranına "xüsusi diqqət yetirməyə çağırıb".
Əlavə edilib ki, Avropa Şurasında "liderliyin çatışmaması fonunda" Azərbaycanla bağlı hərəkətə keçmək məsuliyyəti AŞPA-nın üzərinə düşür.
Çağırışda qeyd olunur ki, AŞPA Nazirlər Komitəsi ilə əlaqələndirilmiş cavab mexanizmini işə salmaq üçün Birgə Tamamlayıcı Prosedurdan istifadə etməlidir: "Bu, əməkdaşlıq, azadlığa buraxılmalar və struktur islahatları üzrə aydın meyarları və vaxt baxımından gözləntiləri əhatə etməlidir."
Bundan əlavə, hərəkat bildirir ki, mütəmadi ictimai hesabatlılıq və aydın icra mexanizmini nəzərdə tutan mandatla xüsusi məruzəçilik institutunun yaradılması yolu ilə davamlı nəzarət gücləndirilməlidir. "Azərbaycanın Avropa Şurasının üzv dövləti kimi AŞPA-nın işində artıq iştirak etməmək qərarı verməsi və bununla da Assambleyanın ölkədəki vəziyyəti izləmək imkanlarını məhdudlaşdırması, Assambleya tərəfindən xüsusi bir məruzəçilik mexanizminin yaradılması ilə cavablanmalıdır. Bunun edilməməsi faktiki olaraq Avropa Şurasının üzvü olan bir dövlətin Assambleyanı susdurmasına imkan vermək demək olar", - deyə əlavə olunub.
Hərəkat son olaraq deyir ki, AŞPA tərəfindən Azərbaycan hökumətinə qarşı konkret nəticələr tələb edən ardıcıl ictimai-siyasi təzyiqdən istifadə edilməlidir.
"Buna siyasi motivlərlə saxlanılan şəxslərin azadlığa buraxılması və məhkəmə təqiblərinə son qoyulması tələbi ilə başlayan əlaqələndirilmiş bəyanatlar və siyasi dialoq da daxildir", - kampaniyadan bildirilib.
Hüquq müdafiəçiləri Azərbaycanda siyasi motivlərlə həbsdə olan 340 nəfərin olduğunu deyir. Onların arasında siyasətçilər, jurnalistlər, vətəndaş cəmiyyəti üzvləri və inanclı fəallar var.
AŞPA 2024-cü ilin yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək azərbaycanlı deputatların etimadnamələrini təsdiqləməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: açıq mənbə
Foto: açıq mənbə
Prezident niyə hüquqşünasları aidiyyətləri olmayan sahələrə nazir təyin edir?
Şivlənin yolu - Yalçın İmanov yazır
Erməni jurnalist: “Qarabağın son erməni sakinləri Azərbaycandan zorla köçürülüb"
Əliyevin “o da bizim kimi ailə dəyərlərini bölüşür” dediyi Tramp haqqında pedofiliya iddiaları
"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb