Manşet

MİDA mənzillərinin qanunsuz satışında ittiham olunan 12 nəfər saxlanıb

3 Dekabr, 2025
59

Foto: mida.gov.az

MİDA mənzillərinin qanunsuz satışını təşkil etməkdə ittiham olunan 12 nəfər saxlanıb. 

Bu barədə dekabrın 3-də Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumatda bildirilir ki, Bakı şəhərində MİDA mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyənləşiblər.

DİN-in açıqlamasına görə, müəyyən edilib ki, 12 nəfər dövlətin güzəştli şərtlərlə ayırdığı mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar.

Saxlanan şəxslərin adları açıqlanmasa da, DİN onlara aid oluduğu deyilən fotoları paylaşıb.

Sosial evlərin tikintisi ilə məşğul olan MİDA prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı sərəncamla yaradılıb. Satışlar "Elektron hökumət" portalı üzərində (e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

MBH: "Bir aydan çox aclıq edən inanclı fəal huşunu itirib, digəri 'kars'a salınıb" 

12 Dekabr 2025

İllustrasiya: Toplum TV

Həbsdə olan inanclı fəal, noyabrın 9-dan azadlığa buraxılması üçün aclıq edən Nigar Bağırovanın səhhətinin daha da pisləşdiyi bildirilir.  Bu barədə Müsəlman Birliyi Hərəkatı bəyanat yayıb.  Bəyanatda deyilir ki, N.Bağırova təcridxanada huşunu itirib və başı yerə dəyərək zədələnib.  "Hadisədən sonra həbsxana əməkdaşları Şərqiyə Sadıqova və Aytən İbrahimovanın kamerasının qapısını açaraq onlara belə deyiblər: “Gəlin, Nigarı sürüyüb çıxarın.” Bu ifadə həm insani, həm də hüquqi baxımdan ciddi narahatlıq doğurur. Məsələyə dair şikayətlər cavabsız qalır", - deyə qeyd olunub.  MBH-nin məlumatına əsasən, N.Bağırova aclıq aksiyasını davam etdirdiyi üçün həbsxana rəhbərliyinin təzyiq və hədə-qorxuları ilə üzləşir.  MBH digər inanclı fəal Tərlan Sayadovun isə saxlanıldığı...
Manşet

AXCP İmişli şöbəsinin fəalı saxlanılıb, evində axtarış aparılıb

12 Dekabr 2025

Foto: açıq mənbə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli rayon şöbəsinin fəalı Vüqar Qədirlinin saxlanıldığı bildirilir.  Bu barədə "Azadlıq Qəzeti” məlumat yayıb.  Xəbərdə bildirilir ki, V.Qədirli dekabrın 12-i səhər saatlarında saxlanılıb və İmişli rayonunda işlədiyi kafedə və sonra evində polis və mülki geyimlilər tərəfindən axtarış aparılıb.  Onun hazırda harada və hansı ittihamlarla saxlandığı məlum deyil.  Hazırda AXCP-nin sədri Əli Kərimli də daxil olmaqla 18 üzvü həbsdədir.  Dekabrın 1-də Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.  Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Eyni gündə...

Seçilmiş Videolar

Toplum TV loqo