Foto: Time Magazine
"Time" jurnalı ənənəvi olaraq elan etdiyi "İlin adamı" nominasiyasında bu dəfə birdən çox şəxsi seçib.
Onlar süni intellektin inkişafı ilə məşğul olan texnoloqlar və iş adamlarıdır.
"Nvidia" şirkətinin sahibi Censen Huanq, "Meta"nın sahibi Mark Zukerberq, "Tesla", "SpaceX" və "X"-in sahibi İlon Mask, süni intellektin “xaç anası” sayılan Fey-Fey Li və "ChatGPT"ni idarə edən "OpenAI"ın direktoru Sem Oltman jurnalın üz qabığında təsvir olunanlar arasındadır.
Üz qabığı 1932-ci ildə Nyu-Yorkda çəkilmiş klassik “Göylərdə Nahar” fotosuna istinad edir. Amma fəhlələrin yerinə fotoda bu ilin qalibləri təsvir olunub.
“Bu il süni intellektdən məsuliyyətli şəkildə necə istifadə etmək barədə müzakirələr yerini onu mümkün qədər tez tətbiq etmə yarışına verdi", - "Time" bildirib.
"Amma riskdən qaçanlar artıq sükan arxasında deyil. Huanq, Son, Oltman və digər süni intellekt nəhənglərinə görə bəşəriyyət indi qazı tam basıb, əyləcsiz şəkildə yüksək dərəcədə avtomatlaşdırılmış və olduqca qeyri-müəyyən bir gələcəyə doğru irəliləyir", - deyə əlavə olunub.
Jurnalın baş redaktoru Sam Yakobs isə bildirib ki, 2025-ci ildə heç kim süni intellekti təsəvvür edən, dizayn edən və quran şəxslər qədər bəşəriyyətə böyük təsir göstərməyib.
“Bəşəriyyət süni intellektin gələcək yolunu müəyyən edəcək və hər birimiz süni intellektin quruluşunun və gələcəyinin formalaşmasında rol oynaya bilərik", - o əlavə edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Akif Qurbanov: "Hakimiyyətin propaqanda maşınının təqdim etdiyi sübutu təkcə mənim 2 sənədim darmadağın edir"
Foto: VOA
Foto: açıq mənbə