Yekaterinburqda daha bir azərbaycanlı diaspor rəhbərinin saxlanıldığı deyilir
Foto: açıq mənbə
Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun yeni rəhbəri Vidadi Mustafayevin saxlanıldığı bildirilir.
Bu barədə "Kommersant" xəbər yayıb. Ona qarşı torpaq satışı ilə bağlı dələduzluq ittihamının irəli sürüldüyü deyilir.
Yekaterinburq şəhərindəki Azərbaycan diasporunun əvvəlki rəhbəri Şahin Şıxlinski isə iyulda həbs olunub.
Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham olunur.
Şıxlinski Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi fonunda həbs olunub.
İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin iki azərbaycanlının ölümü ilə nəticələnən reydi keçirilib.
İyulun 1-də isə Bakıda 8 Rusiya vətəndaşı narkotik maddələrin tranziti və dövriyyəsi və kiberdələduzluq ittihamları ilə həbs edilib.
Onlardan əlavə, “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx və şef redaktoru Yevgeni Belousov da həbs olunublar.
Oktyabrın 9-da Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin Düşənbədə görüşüblər. Görüşdən sonra iyulda həbs edilmiş İqor Kartavıx və Yevgeni Belousov azadlığa buraxılıblar. Daha sonra onların Rusiyaya yola düşdüyü xəbəri yayılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
“DTX-nin istintaq şöbəsinin rəhbəri ‘etirafedici’ ifadə müqabilində qısamüddətli həbs təklif etmişdi”
Paşinyan: "Erməni soyqırımı ermənilərin beynəlxalq intriqalara cəlb olunmasının nəticəsi idi"
Azərbaycan iqtisadi inkişafda Gürcüstan və Ermənistanın gerisinə düşüb
Azərbaycan XİN sözçüsü Mamdaniyə: "İctimai fiqurlar məsuliyyətli davranmalıdır"
Ramil Babayev yazır: “Bakı İstintaq Təcridxanasında zorakılıq ayıdır”