Məhkəmə

Azərbaycanda həbsdə olan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb

3 Aprel, 2026
75

açıq mənbə

Ötən ilin iyulunda Azərbaycan və Rusiya münasibətlərinin pisləşməsi fonunda Azərbaycanda həbs olunan rusiyalıların məhkəməsi başlayıb. 

APA-nın xəbərinə görə, aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilənlər cinayət işinə xitam verilməsi və ev dustaqlığına buraxılmaları barədə vəsatət veriblər. 

Məhkəmə vəsatətləri təmin etməyib. 

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası aprelin 10-na təyin edilib.

Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliy barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 234.4.1-ci (narkotik satışı, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar. 

Sözügedən şəxslər ötən il Azərbaycan və Rusiya arasında münasibətlərin pisləşməsi fonunda həbs olunublar. 

Belə ki, onların həbsindən öncə, iyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Bürosu Yekaterinburq şəhərində bir qrup azərbaycanlının evində əməliyyat keçirib və zorakılıq törədib. Saxlanılan şəxslərdən ikisi sonradan ölü tapılıb. 

Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni qınamış və məsələ ilə əlaqədar Rusiya tərəfinə nota vermişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Azər Qasımlını ittiham edən şəxs indi də həyat yoldaşını şikayət edib 

17 Aprel 2026

Foto: Meydan TV

Həbsdə olan müxalif siyasətçi Azər Qasımlını hədə-qorxuda ittiham etmiş Qurbanəli Yusifov indi də onun həyat yoldaşı Samirə Qasımlıya qarşı iddia qaldırıb.  S.Qasımlının "Toplum TV"-yə verdiyi məlumata görə, Q.Yusifov onu Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin (böhtan) pozulmasında ittiham edərək Binəqədi Rayon Məhkəməsinə şikayət edib.  Şikayətin qeydiyyata alınması haqda məlumat elektron məhkəmə sistemindən S.Qasımlıya göndərilib.  A.Qasımlı martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində 12 il həbs cəzası alıb.  A.Qasımlı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ilə təqsirli bilinib.  O, ittihamı rədd edir və hakimiyyətin sifarişi ilə həbs olunduğunu bildirirdi.  Cinayət işində iddia olunur ki, A.Qasımlı...
Məhkəmə

Namizəd Səfərovun həbs müddəti uzadılıb 

14 Aprel 2026

Açıq mənbə

Həbsdə olan hüquq müdafiəçisi, Azərbaycan Xalq Parlamentinin həmsədri Namizəd Səfərovun barəsindəki həbs qətimkan tədbirinin müddəti uzadılıb.  APA-nın xəbərinə görə, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi keçirilən prosesdə N.Səfərovun həbs müddətinin daha 3 ay uzadılmasına qərar verilib.  N.Səfərov ötən ilin dekabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilir.  İddiaya görə, N.Səfərov bir şəxsdən 53 min manat məbləğində pul vəsaiti alaraq onu vəzifəyə düzəltməyə söz verib.  Azərbaycan Xalq Parlamenti N.Səfərova qarşı cinayət işini "əsassız, siyasi motivli və cəmiyyətdə siyasi vahimə xofu yaratmaq məqsədilə keçirilən siyasi akt" kimi qiymətləndirib.  N.Səfərov 2005-ci ildə Vəkillər Kollegiyasından çıxarılıb....

Seçilmiş Videolar

Toplum TV loqo