Məhkəmə

Bəşir Süleymanlı Ombudsman və Məhkəmə Hüquq Şurasına şikayət edəcək

18 İyul, 2025
363

Foto: açıq mənbə

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbsdə üzləşdiyi çətinliklərlə bağlı yaxınları vasitəsilə açıqlama yayıb. 

O, həm hüquqlarının məhdudlaşdırıldığını, həm də saxlanma şəraitinin qeyri-insani olduğunu bildirib.

Bəşir Süleymanlı iyulun 16-da Bakı Apellyasiya Məhkəməsində həbs müddətinin uzadılması ilə bağlı keçirilən iclasda hakimin davranışlarından narazı qaldığını bildirib. Onun sözlərinə görə, hakim Emin Əliyev proses boyunca aqressiv davranıb:

“Hakim aqressiv davranaraq bir neçə dəfə sözümü kəsdi və çıxışıma imkan vermədi. Bu ifadə azadlığımın və özünü müdafiə etmək hüququmun kobud şəkildə pozulmasıdır.”

Bəşir Süleymanlı bu səbəbdən Məhkəmə Hüquq Şurasına və Ombudsman Aparatına rəsmi şikayət ünvanlayacağını bildirib.

Hüquq müdafiəçisi eyni zamanda məhkəmə zallarında məhkumların saxlanıldığı yerlərdə şəraitin ağır olduğunu da vurğulayıb:

“Məhkəməyə aparılanda saatlarla 40-50 nəfərlə birgə kiçik otaqda saxlanılırıq. Bu insanlar arasında xəstələr də olur. Belə şəraitdə qalmaq sağlamlıq üçün təhlükəlidir.”

Bəşir Süleymanlı, istintaq təcridxanasında ona göndərilən bəzi ərzaq və əşyaların ona çatdırılmasında da problemlər olduğunu qeyd edib. 

“Mənə göndərilən süd məhsullarının qabı açıq şəkildə verilir. Onlar tez xarab olur və istifadəyə yararsız vəziyyətə düşür”, - B. Süleymanlı qeyd edib.

Bundan əlavə, Süleymanlı ona göndərilən kofe və kitabların verilmədiyini də deyir, baxmayaraq ki, bu məhsulların verilməsinə qanunla qadağa yoxdur.

Bu il martın 14-də “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı və “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Alpay Məmmədzadə QHT-lərlə bağlı cinayət işi üzrə həbs olunublar.

ABŞ-nin German Marşal Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli cinayət məsuliyyətinə cəlb olunub, istintaq müddəti ərzində polis nəzarətinə verilib.

Eyni cinayət işi üzrə “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli isə ölkədə olmadığından onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6 May 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevə iki il yarım həbs cəzası verilib.  Bu barədə mayın 6-da Tovuz Rayon Məhkəməsində keçirilən yekun prosesdə qərar verilib. Ötən proseslərin birində dövlət ittihamçısı H.Vəliyevə 3 il həbs cəzası istəmişdi.  O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.  Hacı Vəliyev ötən il martın 31-də həbs olunub. O, müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınırdı. H.Vəliyev həbsindən bir neçə gün öncə polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan...
Məhkəmə

Rüfət Səfərov: “Fəxr edirəm ki, ölkədəki 400 siyasi məhbusdan biriyəm"

5 May 2026

Ülviyyə Quliyeva (VOA)

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə R.Səfərovun vəkili Rövşanə Rəhimli vəsatət verərək zərərçəkmiş qismində tanınmış Natiq İmanquliyevin telefon anten məlumatlarının mobil operatordan alınmasını istəyib.  Cinayət işi materiallarında R.Səfərovun N.İmanquliyevə xəsarət yetirdiyi barədə həkim rəyi olsa da, "zərərçəkən" özü ötən proseslərin birində vəkilin sualına cavab olaraq həmin klinikada olmadığını bildirib. R.Rəhimli vəsatəti belə əsaslandırıb ki, N.İmanquliyevin telefon anten məlumatları əsasında bu məsələyə aydınlıq gətirilə bilər.  Məhkəmə vəsatəti təmin edib.  Daha sonra çıxış edən R.Səfərov 3 May Ümumdünya Mətbuat Azadlığı...

Seçilmiş Videolar

Toplum TV loqo