Məhkəmə

Əli Kərimli: “Məhkəmə qərarını doğru hesab etmirəm”

2 Dekabr, 2024
51

jam-news.net

AXCP sədri haqda hökm çıxarıldı, vəkilini və tərəfdaşlarını polis apardı  

Dekabrın 2-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin 4 aydır həbsi tələbiylə keçirilən məhkəmə prosesi başa çatıb. Məhkəmənin qərarı ilə partiya sədri 1500 manat cərimələnib. 

Saat 11-ə təyin olunmuş məhkəmə iclasını izləmək üçün Nəsimi Rayon Məhkəməsinin qarşısına gələn cəbhəçilər və jurnalistlər binanın polislər tərəfindən mühasirəyə alındığını görüb. Polis əməkdaşları cəbhəçiləri və jurnalistləri oradan uzaqlaşdırıb. Bir neçə cəbhəçi polis şöbəsinə aparılıb. Az sonra jurnalistlər binanın yaxınlığında bir küncə sıxışıb gözləmək şərtilə əraziyə buraxılsalar da, məhkəmə zalına buraxılmayıblar. 

Məhkəmə iclası 15 dəqiqə gecikməylə başlayıb. Əli Kərimli ilk olaraq hakimin diqqətinə az əvvəl məhkəmə binası önündə baş verənləri çatdırıb.

 “Bir az əvvəl cəbhəçilərin zorla maşına mindirilib aparılmasından artıq məhkəmənin qərarı bəllidir. Nə qərar verəcəksinizsə, artıq verin”, - o, hakimdən məhkəməni yekunlaşdırmağı xahiş edib. 

Polislərin məhkəmə binasından uzaqlaşdırdığı cəbhəçilərdən biri də Əli Kərimlinin vəkili Vidadi Mirkamal olub. AXCP sədri vəkilinin sərbəst buraxılmasını və məhkəmədə iştirakını xahiş edib. Bir neçə dəqiqədən sonra Vidadi Mirkamal sərbəst buraxılıb və məhkəmə zalına gəlib. 

İddiaçının vəkili isə jurnalistlərin zala buraxılmasına qarşı çıxıb, jurnalistlər məhkəmə prosesi başa çatanadək binanın önündə gözləməli olublar. Havanın yağışlı olmasına baxmayaraq polislər və mühafizəçilər onların məhkəmə dəhlizində gözləməsinə də imkan verməyiblər.    

Hakim çıxış üçün sözü ilk olaraq iddiaçı Aydın Əliyevə verib. O bildirib ki, partiyadan uzaqlaşdırılandan sonra Əli Kərimli “Meydan TV”, “Azərbaycan saatı” və daha bir neçə internet TV-yə verdiyi müsahibələrində onun ünvanına ləyaqəti alçaldan ifadələr işlədib, böhtan atıb. Bu yerdə vəkil Fəxrəddin Mehdiyev ondan konkret hansı ifadələri təhqir və böhtan hesab etdiyini soruşub.

“Məsələn, Əli Kərimli çıxışlarından birində mənim ünvanıma “siyasi xətdən çıxıb hökumətlə əməkdaşlıq etdiyinə, hökimətpərəst siyasətə yuvarlandığına görə” ifadəsi işlədib. Hesab eddirəm ki, bu, mənə qarşı təhqirdir. Bundan başqa, ünvanıma “məhkəmə vasitəsiylə zorla partiyaya bərpa olunub” sözünü işlədib. Başqa bir təhqirsə müsahibələrinin birində barəmdəki “etimadını itirdiyinə görə” ifadəsidir. Hesab edirəm ki, bunlar mənim şəxsimə qarşı təhqir və böhtandır”, iddiaçı vəkilə belə cavab verib. 

Vəkil Fəxrəddin Mehdiyevsə müdafiə çıxışında qeyd edib ki, iddiaçı tərəfin təhqir və böhtan hesab etdiyi həmin ifadələr beynəlxalq konvensiyaya və yerli qanunvericiliyə, Azərbaycan Respublikasının Konstitusiyasına və Cinayət Məcəlləsinə görə cinayət tərkibi yaratmır. O, məhkəmədən ittiham qaydasında verilmiş şikayətə bəraətverici əsaslarla xitam verilməsini xahiş edib. 

Sonra məhkəmə sözü Əli Kərimliyə verib. Partiya sədri çıxışında bildirib ki, hakimiyyət keçmiş cəbhəçidən ona qarşı fürsət kimi istifadə edib: “Müxalifət partiyasının sədri olaraq ölkədəki seçki saxtakarlığına, korrupsiyaya, qanunsuzluqlara daim etirazımı bildirmişəm, çıxışlar etmişəm. Aydın məsələdir ki, hakimiyyətin də əlinə bu adamdan mənə qarşı istifadə etmək üçün fürsət düşüb. İstənilən qərar mənimçün gözləniləndir. Mənə qarşı indiyədək azı on nəfərə işgəncə verib üzümə qoymaq istəyiblər, ancaq alınmayıb. Nəhayət, hakimiyyətin əlinə bir fürsət düşüb. Bu məhkəmə tarixdə rüsvayçı bir hadisə olaraq qalacaq. Həbsimə hazıram”.  

Məhkəmə qərar vermək üçün müşavirəyə gedib. Müşavirə iki saatdan çox çəkib. Nəhayət, məhkəmə qərarını elan edib – Əli Kərimli 1500 manat cərimə ödəməlidir. 

Məhkəmə prosesindən sonra jurnalıistlərə müsahibə verən Əli Kərimli isə cəriməni ödəmək fikrində olmadığını deyib: “Məhkəmə qərarını doğru hesab etmirəm. Heç bir cinayət tərkibindən söhbət gedə bilməz. Aydın Əliyevlə bağlı səsləndirdiyim fikirlərin hamısı həqiqətdir, heç biri də insan şərəf və ləyaqətini alçaldan sözlər deyil. Bu məhkəmə Azərbaycanın məhkəmə tarixinin növbəti bir absurdudur”

Partiya sədri məhkəmədən öncə cəbhəçilərin polislər tərəfindən zorla maşınlara mindirilib aparılmasını da pisləyib. 

Xatırlatma 

2019-cu ildə AXCP-dən uzaqlaşdırılmış Aydın Əliyev iddia edirdi   ki,  Əli Kərimli müxtəlif internet kanallarında ona böhtan atıb. Buna görə də AXCP sədrinin Cinayət Məcəlləsinin 147 (böhtan) maddəsilə cəzalandırılmasını tələb edirdi. Əli Kərimli isə deyilənləri təkzib edirdi, Aydın Əliyevin partiyanın siyasi kursuna qarşı çıxdığı üçün AXCP-dən çıxarıldığını bildirirdi. Aydın Əliyev sonradan məhkəmə yolu ilə partiyaya bərpa olunmuşdu.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Rail Abbasov: “O, mənə şər atır, bu şərə görə məni 10 il həbs gözləyir”  

5 Dekabr 2024

Unikal.az

Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal, dələduzluqda ittiham olunan Rail Abbasovun növbəti məhkəməsi keçirilib. Məhkəmə iclasına hakim Mahirə Kərimova sədrlik edir. Ötən ilin sentyabrında həbs olunan Rail Abbasov ictimai fəal Bəxtiyar Hacıyevin yaxın dostudur. 2022-ci ilin dekabrından həbsdə olan Hacıyev də qaçaqmalçılıq, qanunsuz sahibkarlıq və başqa maddələrlə mühakimə olunur.  R.Abbasov iddia edir ki, dostunun hüquqlarını müdafiə etdiyinə görə saxta ittihamlarla həbs edilib.  İttihama görə, daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan R.Abbasov mənzil almaq istəyən Əsgər Həziyevi aldadıb. Həziyev deyir ki, alqı-satqı prosesində vasitəçilik edən R.Abbasova 217 min manat versə də, nə ev ala bilib, nə də pulu geri...
Məhkəmə

“Abzas Media işi” üzrə materiallar məhkəməyə göndərilib 

4 Dekabr 2024
“AbzasMedia işi” üzrə təqsirləndirilənlər - Ülvi Həsənli, Sevinc Abbasova, Hafiz Babalı, Məhəmməd Kekalov, Fərid Mehralızadə, Elnarə Qasımova və Nərgiz Absalamovanın cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Cinayət işi üzrə materiallar  baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatındadır. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib. Qeyd edək ki, təqsirləndirilın şəxslərin barəsində ötən il Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.  Sonradan ittiham ağırlaşdırılıb. Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə...

Seçilmiş Videolar

Toplum TV loqo