Məhkəmə

Əli Zeynal təcridxanadakı vəziyyəti ictimailəşdirdiyinə görə təhdid olunub 

5 İyun, 2025
234

Foto: sosial media

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal saxlandığı Bakı İstintaq Təcridxanasındakı vəziyyəti ictimailəşdirdiyinə görə təhdid olunub. 

O, bunu iyunun 5-də telefon zəngi ilə yaxınlarına deyib. 

Ə.Zeynal bildirib ki, təcridxana işçiləri bundan əvvəlki zəng imkanını əlindən alıblar, buna səbəb kimi isə onun Ədliyyə naziri Fərid Əhmədova ünvanladığı açıq məktub və təcridxanadakı vəziyyəti ictimailəşdirməsi göstərilib. 

Ə.Zeynalın sözlərinə görə, ona deyilib ki, təcridxanadakı vəziyyəti ictimailəşdirməyə davam edəcəyi halda onun üçün “daha pis olacaq”. 

Ə.Zeynal məktubunda təcridxanadakı saxlanma vəziyyətinin çox pis olduğunu, kanalizasiya sularının axdığını və siçanların dolaşdığını yazıb. 

Vəkili Rəsul Cəfərov Toplum TV-yə bildirib ki, Ə.Zeynalın şikayətləri ilə bağlı Penitensiar Xidmətə müraciət yollayacaq. 

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov,  “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.

Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb. 

"Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi

14 İyul 2025

Foto: Toplum TV

İyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.  Hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov ötən dəfəki iclasdakı çıxışına davam edib.  Qaçaqmalçılıq və vergidən yayınma ittihamlarına cavab verən Qurbanov bildirib ki, onların Azərbaycanda qeydiyyatdan keçməsinə və vergi ödəyicisi kimi çıxış etmələrinə əngəllər yaradılıb, buna görə də təşkilat Gürcüstanda qeydiyyatdan keçib.  O, “Faktyoxla” platformasının yaradılmasından da danışıb və bunun Azərbaycanda fakt yoxlama sahəsində ilk olduğunu, lakin sonradan hökumət tərəfindən alternativlər yaradıldığını deyib. Qurbanov dövlət qurumlarından biri tərəfindən ona “Faktyoxla” platforması ilə əməkdaşlıq təklif olunduğu,...
Məhkəmə

Rüfət Səfərovun məhkəməsində ittiham aktı oxunub
 

14 İyul 2025

Foto: VOA

Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun ittiham olunduğu cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. APA-nın xəbərinə görə, iyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə Səfərovun vəkili vəsatət verib. O, müdafiəçisinin istintaq təcridxanasına daxil olarkən müayinə edilməsi ilə bağlı sənədin təqdim edilməsini istəyib. Vəsatət təmin edilib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda iddia olunub ki, Səfərov Novxanı qəsəbəsində bağ satmaq qarşılığında zərərçəkən qismində çıxış edən Natiq İmanquliyevdən 60 min manatdan çox pul alıb. Daha sonra Səfərovun bağı vermədiyini görən İmanquliyevin onun qarajına gələrək mübahisə etdiyi, bu zaman Səfərovun onu yaraladığı iddia...

Seçilmiş Videolar

Toplum TV loqo