Məhkəmə

Fikrət Cəfərli azadlığa çıxıb

29 Noyabr, 2025
52

Foto: sosial media

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri Fikrət Cəfərli azadlığa çıxıb. 

Bu barədə təşkilatın "Facebook" səhifəsində xəbər verilib. 

Barəsində 4 ay azadlıqdan məhrumetmə cəzası olan hüquq müdafiəçisi noyabrın 29-da cəza müddətini başa vurub. 

İyulun 29-da Binəqədi Rayon Məhkəməsində keçirilən hazırlıq iclasında hakim Zamiq Bağırov hüquq müdafiəçisinin 4 aylıq azadlıqdan məhrum olunması barədə hökm çıxarıb.

F.Cəfərli Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə (böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) ittiham olunub. 

Ona qarşı iddianı Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyev qaldırıb. 

İyulun 8-də keçirilən iclasda F.Cəfərli E.Əliyevin iddiası əsasında təqsirləndirilən şəxs kimi tanınmışdı. 

Vəkilin iddiasına görə, F.Cəfərlinin rəhbərlik etdiyi İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin “Facebook” səhifəsində onun keçmiş müvəkkilinə istinadən yalan məlumat yayılıb.

Məlumatda vəkilin hazırda həbsdə olan müvəkkilindən 10,500 manat ödəniş aldığı, buna baxmayaraq söz verdiyi hüquqi müdafiəni etmədiyi və müvəkkilini hədələdiyi yazılıb.

F.Cəfərli isə deyir ki, sözügedən məlumat onun şəxsi mövqeyi deyil. O, işin icraata götürülməsinin Vəkillər Kollegiyasını tənqid etməsinə cavab olaraq, siyasi sifariş əsasında edildiyini düşünür.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

"Meydan TV işi": Jurnalist kağız israfına görə müstəntiqə cinayət işi açılmasını istəyib 

12 Dekabr 2025

Foto/kollaj: Meydan TV

Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunmuş şəxslərin məhkəmə prosesi başlayıb.  "Meydan TV"-nin xəbərinə görə, hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlərlə çıxış ediblər. Onlar müvəkkillərinin şüşə arxasında deyil, zalda əyləşməsini istəyiblər. Məhkəmə vəsatəti təmin edib, lakin gələn prosesdən təqsirləndirilən şəxslərin zalda əyləşməsinə qərar verilib.  Bugünkü prosesdə isə təqsirləndirilən şəxslərdən jurnalist Ülviyyə Quliyeva (Əli) nəfəsinin çatmadığını dediyi üçün məhkəmə onun zalda vəkilinin yanında oturmasına razılıq verib. Ü.Əlinin yaxınları bildirib ki, o, məhkəmədə kağız israfına görə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) müstəntiqi və əməliyyatçılarına qarşı...
Məhkəmə

“Azər Qasımlı işi”: ‘Təhdid var idisə, niyə polisə şikayət etmədin?’

11 Dekabr 2025

Foto: açıq mənbə

Dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə məhkəmə prosesi davam edib. Proses zamanı sənədlərin tədqiqi mərhələsinə başlanılıb. A.Qasımlının və zərərçəkən qismində çıxış edən Qurbanəli Yusifovun istintaqa verdiyi ifadələr, Mingəçevir Şəhər Məhkəməsinin əvvəlki qərarı və digər istintaq materialları hakim Telman Hüseynov tərəfindən elan olunub. Sənədlər oxunduqca müdafiə tərəfi Q.Yusifovun ifadəsindəki şübhəli məqamlara diqqət çəkib. Vəkillər bildirib ki, “zərərçəkən” A.Qasımlının onu 2022-2023-cü illərdə borca görə atasını öldürməklə və oğlunu qaçırmaqla hədələdiyini desə də, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyib. A.Qasımlı da qeyd edib ki, 2024-cü ilin aprelində Q.Yusifovun ona olan borcu ilə əlaqədar...

Seçilmiş Videolar

Toplum TV loqo