Məhkəmə

“Toplum TV işi” üzrə növbəti məhkəmə olacaq

20 İyul, 2025
58

İyulun 21-də “Toplum TV işi” üzrə həbs olunanların növbəti məhkəmə prosesi olacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq iclas saat 10:00-a təyin olunub.

Ötən prosesdə təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov qaçaqmalçılıq və vergidən yayınma ittihamlarına cavab verərək bildirib ki, onların Azərbaycanda qeydiyyatdan keçməsinə və vergi ödəyicisi kimi çıxış etmələrinə əngəllər yaradılıb, buna görə də təşkilat Gürcüstanda qeydiyyatdan keçib. 

Daha sonra vəsatət verən jurnalist Fərid İsmayılov səhhəti ilə əlaqədar məhkəmə iclaslarına gəlməməsini  bir daha istəyib. 

İDİ əməkdaşı Əli Zeynal isə Penitensiar Xidmət əməkdaşlarının məhkəməyə gətirilən təqsirləndirilən şəxslərin müdafiəçiləri üçün yazdıqları qeydlərin əllərindən alındığını deyib.

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV” nin ofisində əməliyyat keçirib və qapısını möhürləyib. 

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov,  “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

"Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Məhkəmə 28 gündür aclıq edən Hacı Vəliyevi ev dustaqlığına buraxmayıb

18 İyul 2025

Foto: sosial media

İyulun 18-də Xətai Rayon Məhkəməsində ictimai fəal və İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə verilmiş vəsatətə baxılıb.  Vəliyevin yaxınlarının yaydığı xəbərə görə, məhkəmə vəsatəti təmin etməyib. Məlumatda ailəsi və yaxınlarının 28 gündür aclıq edən Vəliyevin səhhətindən ciddi şəkildə narahat olduqları qeyd olunub.  Onların sözlərinə görə, artıq uzun müddətdir aclıq aksiyası keçirən qazinin səhhəti sürətlə pisləşir. “Aidiyyatı qurumlar məsuliyyətli davranmalı, Qazi Hacı Vəliyevin həyat və sağlamlığına laqeyd yanaşmamalıdır”, - bəyanatda qeyd olunub.  Vəliyev iyunun 21-dən “ədalətsiz mühakiməsinə qarşı” aclıq aksiyası keçirir. Daha əvvəl vəkilləri onun yeriməkdə çətinlik çəkdiyin, habelə qalan gözünü itirmək...
Məhkəmə

Bəşir Süleymanlı Ombudsman və Məhkəmə Hüquq Şurasına şikayət edəcək

18 İyul 2025

Foto: açıq mənbə

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbsdə üzləşdiyi çətinliklərlə bağlı yaxınları vasitəsilə açıqlama yayıb.  O, həm hüquqlarının məhdudlaşdırıldığını, həm də saxlanma şəraitinin qeyri-insani olduğunu bildirib. Bəşir Süleymanlı iyulun 16-da Bakı Apellyasiya Məhkəməsində həbs müddətinin uzadılması ilə bağlı keçirilən iclasda hakimin davranışlarından narazı qaldığını bildirib. Onun sözlərinə görə, hakim Emin Əliyev proses boyunca aqressiv davranıb: “Hakim aqressiv davranaraq bir neçə dəfə sözümü kəsdi və çıxışıma imkan vermədi. Bu ifadə azadlığımın və özünü müdafiə etmək hüququmun kobud şəkildə pozulmasıdır.” Bəşir Süleymanlı bu səbəbdən Məhkəmə Hüquq Şurasına və Ombudsman Aparatına rəsmi şikayət ünvanlayacağını bildirib. Hüquq müdafiəçisi eyni zamanda məhkəmə zallarında məhkumların saxlanıldığı yerlərdə...

Seçilmiş Videolar

Toplum TV loqo