Məhkəmə

Namizəd Səfərovun həbs müddəti uzadılıb 

14 Aprel, 2026
93

Açıq mənbə

Həbsdə olan hüquq müdafiəçisi, Azərbaycan Xalq Parlamentinin həmsədri Namizəd Səfərovun barəsindəki həbs qətimkan tədbirinin müddəti uzadılıb. 

APA-nın xəbərinə görə, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi keçirilən prosesdə N.Səfərovun həbs müddətinin daha 3 ay uzadılmasına qərar verilib. 

N.Səfərov ötən ilin dekabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilir. 

İddiaya görə, N.Səfərov bir şəxsdən 53 min manat məbləğində pul vəsaiti alaraq onu vəzifəyə düzəltməyə söz verib. 

Azərbaycan Xalq Parlamenti N.Səfərova qarşı cinayət işini "əsassız, siyasi motivli və cəmiyyətdə siyasi vahimə xofu yaratmaq məqsədilə keçirilən siyasi akt" kimi qiymətləndirib. 

N.Səfərov 2005-ci ildə Vəkillər Kollegiyasından çıxarılıb. O, bunu kollegiya rəhbərliyini tənqid etməsi ilə izah edirdi. 

O, hakimiyyəti tənqid edən çıxışları ilə tanınırdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6 May 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevə iki il yarım həbs cəzası verilib.  Bu barədə mayın 6-da Tovuz Rayon Məhkəməsində keçirilən yekun prosesdə qərar verilib. Ötən proseslərin birində dövlət ittihamçısı H.Vəliyevə 3 il həbs cəzası istəmişdi.  O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.  Hacı Vəliyev ötən il martın 31-də həbs olunub. O, müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınırdı. H.Vəliyev həbsindən bir neçə gün öncə polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan...
Məhkəmə

Rüfət Səfərov: “Fəxr edirəm ki, ölkədəki 400 siyasi məhbusdan biriyəm"

5 May 2026

Ülviyyə Quliyeva (VOA)

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə R.Səfərovun vəkili Rövşanə Rəhimli vəsatət verərək zərərçəkmiş qismində tanınmış Natiq İmanquliyevin telefon anten məlumatlarının mobil operatordan alınmasını istəyib.  Cinayət işi materiallarında R.Səfərovun N.İmanquliyevə xəsarət yetirdiyi barədə həkim rəyi olsa da, "zərərçəkən" özü ötən proseslərin birində vəkilin sualına cavab olaraq həmin klinikada olmadığını bildirib. R.Rəhimli vəsatəti belə əsaslandırıb ki, N.İmanquliyevin telefon anten məlumatları əsasında bu məsələyə aydınlıq gətirilə bilər.  Məhkəmə vəsatəti təmin edib.  Daha sonra çıxış edən R.Səfərov 3 May Ümumdünya Mətbuat Azadlığı...

Seçilmiş Videolar

Toplum TV loqo