Foto: açıq mənbə
Azərbaycanda həbsdə olan Qarabağdakı keçmiş separatçı rejimin liderləri və rəsmilərinin məhkəmə prosesi noyabrın 13-də davam edib.
"Azərtac"ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçıları təqsirləndirilən şəxslər üçün məhkəmədən istədikləri cəzaları səsləndiriblər.
İttiham tərəfi bildirib ki, təqsirləndirilən şəxslərdən Arkadi Qukasyan, Bako Sahakyan və Madat Babayan 65 yaşına çatdıqları üçün Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Buna görə də, sözügedən şəxslər, habelə Melikset Paşayan haqda 20 il həbs cəzası istənilib.
Digər təqsirləndirilənlərdən Qarik Martirosyan haqda 19, Davit Allahverdiyan haqda 18, Levon Balayan haqda 17, Vasili Beqlaryan, Erik Qazaryan və Qurgen Stepanyan haqda 16 il həbs cəzası istənilib.
Qarabağdakı keçmiş separatçı rejimin "prezidenti" olmuş Arayik Harutyunyan, habelə Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan haqda isə ömürlük azadlıqdan məhrumetmə cəzaları istənilib.
Təqsirləndirilən şəxslər Azərbaycana qarşı təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, azadlıqdan məhrum etmə, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq da daxil olmaqla 20-dən çox maddə ilə ittiham olunublar.
Məhkəmə prosesinin noyabrın 27-də davam etdiriləcəyi bildirilir.
Təqsirləndirilən şəxslərin əksəriyyəti 2023-cü ilin sentyabrında Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisində apardığı hərbi əməliyyatdan sonra erməni əhalinin köçü zamanı həbs olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
"Meydan TV işi": Jurnalist kağız israfına görə müstəntiqə cinayət işi açılmasını istəyib
Foto/kollaj: Meydan TV
Foto: açıq mənbə
Prezidentin saytında DTX-nin şəxsi məlumatları yığacağını göstərən sənəd sonradan silinib
Neft-qaz ölkəsində müəllim maaşı regionla müqayisəsi niyə aşağıdır?
Talış fəalın Türkiyədə saxlanılaraq Azərbaycana gətirildiyi bildirilir
Ekspert: “Nazir kənd təsərrüfatındakı uğursuzluğu ört-basdır etmək istəyir”
İmişlidə məktəblilərin öldüyü qəzaya görə yeniyetməyə 7 il yarım həbs verilib