Məhkəmə

Şahin Şıxlinski 9 il, oğlu isə 8 il azadlıqdan məhrum edildi

13 Aprel, 2026
79

Açıq mənbə

Rusiyanın Yekaterinburq şəhərindəki Azərbaycan diasporunun həbsdə olan rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinskiyə hökm oxunub. 

Yekaterinburqun Kirovski Rayon Məhkəməsi ata Şıxlinskinin 9, oğulun 8 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib. 

Onlar hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməkdə təqsirli biliniblər. 

Ş.Şıxlinski martın 5-də başqa bir cinayət işi üzrə sifarişli qətl ittihamı ilə 22 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Məhkəmə ona təyin edilən cəzaları birləşdirməyə qərar verib və ümumilikdə ona 24 il həbs cəzası verib. 

Ötən il iyulun 1-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Şahin Şıxlinskinin oturduğu və oğlunun idarə etdiyi avtomobilə hücum ediblər. Bu zaman Mutvalı Şıxlinski idarə etdiyi avtomobillə FSB əməkdaşını vurub. O özü məhkəmədə peşman olduğunu, hadisəni qəsdən törətmədiyini bildirib.

Bundan öncə isə, iyunun 27-də FSB Yekaterinburqda yaşayan Səfərov qardaşlarının evlərində əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılan Ziyəddin və Hüseyn Səfərov qardaşları sonradan aldıqları xəsarətlərdən ölüblər. Digər Səfərovlar və daha bir neçə azərbaycanlı məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları üzrə həbs cəzaları verilib. 

İnsident Azərbaycan və Rusiya arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olub. 

Bundan sonra iyulun əvvəlində Bakıda yaşayan 8 Rusiya vətəndaşı narkotik ittihamı ilə həbs olunublar. Onların məhkəmə prosesləri hələ davam edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6 May 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevə iki il yarım həbs cəzası verilib.  Bu barədə mayın 6-da Tovuz Rayon Məhkəməsində keçirilən yekun prosesdə qərar verilib. Ötən proseslərin birində dövlət ittihamçısı H.Vəliyevə 3 il həbs cəzası istəmişdi.  O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.  Hacı Vəliyev ötən il martın 31-də həbs olunub. O, müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınırdı. H.Vəliyev həbsindən bir neçə gün öncə polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan...
Məhkəmə

Rüfət Səfərov: “Fəxr edirəm ki, ölkədəki 400 siyasi məhbusdan biriyəm"

5 May 2026

Ülviyyə Quliyeva (VOA)

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə R.Səfərovun vəkili Rövşanə Rəhimli vəsatət verərək zərərçəkmiş qismində tanınmış Natiq İmanquliyevin telefon anten məlumatlarının mobil operatordan alınmasını istəyib.  Cinayət işi materiallarında R.Səfərovun N.İmanquliyevə xəsarət yetirdiyi barədə həkim rəyi olsa da, "zərərçəkən" özü ötən proseslərin birində vəkilin sualına cavab olaraq həmin klinikada olmadığını bildirib. R.Rəhimli vəsatəti belə əsaslandırıb ki, N.İmanquliyevin telefon anten məlumatları əsasında bu məsələyə aydınlıq gətirilə bilər.  Məhkəmə vəsatəti təmin edib.  Daha sonra çıxış edən R.Səfərov 3 May Ümumdünya Mətbuat Azadlığı...

Seçilmiş Videolar

Toplum TV loqo