254 milyon manatlıq qanunsuz köçürmələr, milyard manatlıq əmlaklar, ölkəyə gətirilən odlu silahlar, qızıl külçələr – İttiham
açıq mənbədən götürülüb
Bu ittihamlar hazırda məhkəmə qarşısına çıxarılmış qrupa qarşı irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsində başlayan məhkəmə prosesində təqsirləndirilən qrup üzvləri Dubayda və Bakıda ofis açaraq qanunsuz pul köçürmələri ilə məşğul olmaqda, eləcə də ölkəyə qanunsuz yolla odlu silahlar alıb gətirməkdə ittiham olunurlar.
Məhkəmə qarşısına çıxarılan Bahadır və İkram Quliyev qardaşları, onların yaxın qohumu Fərhad Quliyev, Vəli Əliyev, Cavid Əzizov və Anar Əhmədov qanunsuz sahibkarlıq, qanunsuz silah əldə edib saxlama, qanunsuz yolla əldə edilmiş əmlakı leqallaşdırma, qaçaqmalçılıq cinayətlərində təqsirli bilinirlər.
Onlar Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı həbs olunublar.
Bu iş üzrə hazırlıq iclası keçirilib.
İstintaqın qənaətinə görə, dəstə üzvləri 2015-2023-cü illərdə xarici ölkələrə və xarici ölkələrdən Azərbaycana ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz vəsaiti köçürüblər. Bu vəsaitin 2 milyon 500 min manatı isə xidməthaqqı kimi onların özünə qalıb.
Cinayət işində iddia olunur ki, dəstə üzvü Vəli Əliyev Avstriya, İsveçrə və Belçika istehsalı olan, orta bazar qiyməti təxminən 900 min manat təşkil edən qızıl külçələri Azərbaycana keçirərək İkram Quliyevə təhvil verib. Daha bir ittihama görə, o, həmçinin, xarici ölkələrdə istehsal olunmuş odlu silahları Azərbaycana gətirib. İkram Quliyev məhkəmədə bildirib ki, gətirdiyi hər şeyi ölkəyə çatanda bəyan edib. O, bunu təsdiqləyən sənədin məhkəməyə təqdim edilməsi üçün şərait yaradılmasını istəyib. Vəsatət təmin edilməyib.
Bahadır Quliyevsə məhkəmədə səhhətindən gileylənib, onun vəkili müvəkkilinin müayinəyə ehtiyacı olduğunu qeyd edib. Məhkəmə bu vəsatəti qismən təmin edib. Amma müdafiə tərəfi qərarlardan narazı qalıb, hakimlərə etiraz edəcəkləri barədə ərizə təqdim olunacağını bildiriblər.
İstintaq zamanı yaxın qohumları olan dəstə üzvlərinin qanunsuz pul köçürməsi ilə məşğul olmaları, özünün də işlərə nəzarət etməsi barədə ifadə vermiş Fərhad Quliyev məhkəmədə özünü qismən təqsirli bilib. O, məhkəmədə deyib ki, Bahadır və İkram Quliyevlər fəaliyyətlərini pərdələmək üçün Bakıda yerləşən ofisdə “Qozan Travel” adlı turizm şirkəti yaradıblar və oranın ayrıca işçiləri olub. F.Quliyevin söylədiyinə görə, şirkətdəki pul köçürülmələrinin qanunsuz olduğunu istintaq vaxtı öyrənib.
Müsadirə olunmuş zinət əşyalarının və təqsirləndirilən şəxslərə aid yarım milyardlıq əmlakın üzərinə həbs qoyulub. Bu siyahıya “Range Rover”, “Bentley”, “Mercedes”, BMW, “Mitsubishi” və digər markalı minik avtomobilləri, bir neçə yük maşını, motosikletlər, Bakı, Abşeron və digər bölgələrdə yerləşən çoxsaylı mənzillər, bağ evləri, qeyri-yaşayış sahələri, qayıqlar, qarajlar daxildir.
Məhkəmə prosesi davam edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Ordu.az
Keçmiş icra başçısının oğlu 1 milyon manatlıq vergi borcuna görə ölkədən qaçdı, 2 milyonluq zərərə düşdü
hüquq.az
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?