Ölkə

Azərbaycanda “siyasi məhbusların sayı 375-ə çatıb” 

11 İyun, 2025
550

Foto: OC Media

Azərbaycanda Siyasi Məhbusların Azadlığı üçün Birlik siyasi məhbus kimi tanınan şəxslərin siyahısını yeniləyib. 

İyunun 9-da açıqlanan yeni siyahıda siyasi motivlərlə həbs olunduğu bildirilən şəxslərin sayı 375-ə çatıb. 

Birliyin əvvəlki siyahısı fevralda yenilənmişdi və həmin vaxt siyahıdakı say 357 idi. 

Siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb. 

Yenilənmiş siyahıda 241 dindar, 39 müxalifət partiyaları və vətəndaş cəmiyyəti üzvü, 29 jurnalist və bloger, 6 hüquq müdafiəçisi, 5 etnik azlıq fəalı var, 2 sülh fəalı var. 

Həmçinin, bu ilin yanvarında İmişlidə polis maşınının sürəti aşaraq 3 azyaşlının ölümünə səbəb olduğu insidentə etiraz edən və həbs olunan 13 nəfər də siyasi məhbus kimi tanınıb. 

Əlavə olaraq, siyahıda “Gəncə işi” üzrə həbs olunmuş 13 nəfər, “Tərtər işi” üzrə həbs olunmuş 8 nəfər, Gədəbəyin Söyüdlü kəndində həbs olunan 2 nəfər və Almaniyadan deportasiya edildikdən sonra Azərbaycanda həbs olunan 5 nəfər var. 

Azərbaycan hökuməti rəsmiləri bir qayda olaraq ölkədə insanların siyasi fikirlərinə və əməllərinə görə həbs olunmadığını iddia edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Kimi aldadırsan, ay zalım oğlu?..

13 Fevral 2026

Foto/kollaj: Toplum TV

Tutaq ki, həqiqətən Əli Kərimlinin Ramiz Mehdiyevlə əlaqəsi olub, bəs bu adamı yüksək vəzifəyə təyin edərək 25 il orada saxlayanlar cavabdehlik daşımır? Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 12-də “Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yarandığı” haqqında yazılı açıqlama və videomaterial yayıb. Videomaterialda R. Mehdiyevə və “Azadlıq” qəzetinin baş redaktoru olmuş Qənimət Zahidə aid səs yazıları, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının görüntüləri də yer alıb. F. Qəhrəmanlının 2020-ci ilin iyulunda, general Polad Həşimovun həlak olduğu Tovuz döyüşlərindən sonra Bakıda orduya dəstək və müharibə tələbi...
Ölkə

Qeydiyyatdan keçməmiş qrantlara görə cərimə tətbiq edəcək qurumlar müəyyənləşib

12 Fevral 2026

Foto: açıq mənbə

Azərbaycan prezidenti İlham Əliyev qrantların alınması və verilməsi ilə bağlı qanun pozuntularını araşdıran orqanlar müəyyən edən yeni fərman imzalayıb.  Fevralın 11-də imzalanan fərmana görə, hansı vəzifəli şəxslərin inzibati işlərə baxmaq hüququna malik olduğu da təsdiqlənib. Fərmana görə, vəzifəli şəxslər qeydiyyatdan keçməmiş qrantların alınması və ya verilməsi ilə bağlı müqavilələr çərçivəsində bank əməliyyatları və digər əməliyyatlar apardıqlarına görə 2500 manat ilə 5000 manat arasında cərimə olunacaqlar. Hüquqi şəxslər isə 5000 manat ilə 8000 manat arasında cərimə olunacaqlar. O da bildirilir ki, bu hallarda inzibati xətalar haqqında işlərə fiziki şəxslərə, habelə bələdiyyələrə, bələdiyyə orqanlarına və dini qurumlar istisna olmaqla digər qeyri-kommersiya qurumlarına...

Seçilmiş Videolar

Toplum TV loqo