Foto: açıq mənbə
Azərbaycanın xarici dövlət borcu 5,01 milyard ABŞ dolları və ya 8,52 milyard manat təşkil edib.
Maliyyə Nazirliyinə məlumatında belə deyilir.
Bildirilir ki, hökumətin xarici borc portfelində ən böyük pay Asiya İnkişaf Bankına (AİB) məxsusdur.
Belə ki, bu qurumdan cəlb edilmiş borclar 1,75 milyard dollar və ya 2,97 milyard manat həcmində olub və ümumi portfelin 34,9%-ni təşkil edib.
İkinci yerdə avroobligasiya investorları qərarlaşıb – onların payına 1,39 milyard dollar və ya 2,36 milyard manat (27,7%) düşüb.
Üçüncü ən böyük kreditor isə Dünya Bankıdır – 738,6 milyon dollar və ya 1,26 milyard manat həcmində borc ilə portfeldəki payı 14,7%-dir.
Daha sonra İslam İnkişaf Bankı (245,4 milyon dollar), Avropa Yenidənqurma və İnkişaf Bankı (232,1 milyon dollar), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (189,3 milyon dollar) və Asiya İnfrastruktur və İnvestisiya Bankı (124,1 milyon dollar) gəlir.
Bundan əlavə, müxtəlif digər beynəlxalq və ikitərəfli mənbələrdən cəlb edilmiş kreditlərin həcmi 405,1 milyon dollar və ya 688,6 milyon manat olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır