Ölkə

Əli Zeynal Ədliyyə nazirinə açıq məktub yazıb

3 İyun, 2025
1087

Foto: Toplum TV

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal Ədliyyə naziri Fərid Əhmədova məktub yazıb.

Məktubu olduğu kimi təqdim edirik.

Keçmiş rektor və indiki Ədliyyə naziri Fərid Əhmədova keçmiş tələbəsi və hazırda "Toplum TV işi”ndə siyasi məhbus Əli Zeynaldan açıq məktub. 

Keçmiş rektor Fərid Əhmədov, əslində bu yazdığım problemləri hazırda saxlandığım Bakı İstintaq Təcridxanasının rəisi, ədliyyə polkovniki Elnur İsmayılova və ya onun hər-hansı bir müavininə danışmaq istəyirdim. Bunun üçün dəfələrlə cəhd etsəm də, problemlərlə maraqlanan olmadı. 

Yəqin ki, çox məşğuldurlar. Mən də dedim onları bu iş sıxlığında narahat etməyim. Halbuki, mənim barəmdə qurama hər-hansı bir şikayət və ya ərizə olanda, rəis, rəis müavinləri vaxt tapıb sıra ilə bir-bir qəbul edirlər. 

Nə yaxşı ki, cərimə müəssisəsinə göndərilməyimlə bağlı əmr, qərar vermək üçün vaxt qrafikləri uyğun olur.

Hə, bu arada, sizin 7-8 nəfər konvoyunuz qollarım qandallı formada məni ora-bura "dartışdırdıqdan" sonra şikayət etmişdilər ki, guya mən o vəziyyətdə təkbaşına onları döymüşəm. Ərizəmi hələ də heç kim mənə göstərməyib, tanış olmamışam. 
Amma "mənə deyilənə görə" təxminən belə idi. 

Uzun sözün qısası, təcridxanadakı kameraların vəziyyəti ilə bağlı bəlkə siz vaxt tapıb təşrif buyurdunuz. Hə, "təşrif buyurdunuz" demişkən: təxminən 3-4 həftə əvvəl sizin müavininiz ya da nazirlikdən komissiya "təşrif buyurmuşdu". "Təşrif buyurmaq" da nə "təşrif buyurmaq". Özü də "yoxlama, nəzarət-təftiş" məqsədli. 

Demək, bu sayğı-dəyər "yoxlama" gəlməzdən öncə II korpusun 12-ci kamerasında bir-iki ay öncədən hazırlıqlar başladı. Təmir-bərpa işləri görüldü, hətta yeni şkaflar qoyuldu, dibçəklər qoyuldu, divardan dağ mənzərəli, çay, təbiətin gözəlliklərini göstərən şəkillər, peyzajlar asıldı. Ha-ha-ha-ha-ha. "Yoxlamanın" "yoxlayacağı" yerlər, kameralar öncədən, (hətta aylar öncəsindən) bəlli imiş!

Halbuki, həmin o 12-ci kamera ilə üzbəüz 19-cu kameraya da "təşrif buyrulsaydı", heç olmasa, 1-2 dəqiqəliyinə, mən sevə-sevə kanalizasiya sularının çirkləndirdiyi şəxsi əşyalarımızı, paltarlarımızı, yemək-içməklərimizi göstərərdim. Hətta iyrənən olmasa, yekə-yekə tarakanları da nümayiş etdirərdim.

Amma üzrlü sayın, nə qədər israr etsələr də döşəmənin altından, kanalizasiya borularından çıxan siçanlar haqqında danışmaq istəməzdim. Yalandan da olsa "yoxlamaya" gələnlərin dəhşətə düşməyinə könlüm razı  olmazdı. 

Nəisə, danışılacaq, göstəriləcək çox şey var, amma çox vaxtınızı almaq, narahat etmək niyyətim yoxdur. Keçmiş rektorum Fərid Əhmədov, məndən eşitmiş olmayın, amma çox təəssüf ki, bunu sizə deməliyəm: "yoxlamanızı" "yoxlayın", "yoxlayanlarınızın yoxlanılmağa ehtiyacı var". 
Özünüzə yaxşı baxın, sağlıqla qalın... 

Zeynalov Əli Kamil oğlu, siyasi məhbus


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Aynur Elgünəş: "Bu ölkədə hüquq-mühafizə orqanlarının ədalətli rəftarına xalqın heç 1 faizi də inanmır"

1 Aprel 2026

Foto: VOA

"Meydan TV"-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş (Qənbərova) ictimaiyyətə açıq məktub yazıb.  "Meydan TV"-nin dərc etdiyi məktubda jurnalist süni intellektlə bağlı yeni qəbul olunan qanundan, hüquq-mühafizə sistemindən və cəmiyyətin maarif səviyyəsindən yazıb. "Toplum TV" məktubu olduğu kimi təqdim edir. Qadağalar ölkəsi Azərbaycanda daha bir qanun sərtləşdirilir. Milli Məclis süni intellekt vasitəsilə saxta audio, video və foto materialların hazırlanması və yayılmasına görə cərimə və həbs cəzalarını gücləndirir. Yeni Cinayət və Cinayət-Prosessual Məcəllələrinə, həmçinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara dəyişiklik edilir. Bu əməllərə görə pul cəriməsi ilə yanaşı, 3 ilədək həbs cəzası da nəzərdə tutulur. İnsafən,...
Ölkə

Nazim Bəydəmirli müalicə müəssisəsinə köçürülüb

27 Mart 2026

Foto: açıq mənbə

Keçmiş deputat, həbsdə olan iş adamı Nazim Bəydəmirli martın 26-sı axşam saatlarında Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli sosial media hesabında məlumat yayıb.  İş adamının səhhətindəki son vəziyyətlə bağlı məlumat verilməyib.  F.Bəydəmirli bundan öncə həmin gün həyat yoldaşının səhhətinin qəfil pisləşməsi barədə məlumat yaymışdı. O, Penitensiar Xidmətin rəhbərliyinə və Ədliyyə Hospitalının rəisinə müraciət edərək N.Bəydəmirlinin təcili xəstəxanaya yerləşdirilməsinə çağırmışdı. Ötən ilin avqustunda ailəsi N.Bəydəmirlinin “ölüm ayağında” olduğu barədə ictimaiyyətə müraciət etmişdi. Həyat yoldaşı daha öncə bildirib ki, sabiq deputat əvvəllər ağır şəkildə COVID-19 xəstəliyi keçirib və ağciyərlərinin 45%-i zədələnib.  Nazim Bəydəmirli 2023-cü ilin iyununda...

Seçilmiş Videolar

Toplum TV loqo