Ölkə

Əliyevin heykəlinə “Stalin” yazan AXCP üzvü həbsdə aclıq edir

26 May, 2025
631

Foto: sosial media

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü Elbəyi Kərimli mayın 23-dən aclıq aksiyası keçirir. 

O, yaxınlarına deyib ki, “şərlənərək azadlıqdan məhrum edilməsinə” etiraz edir. 

Kərimli 2023-cü ilin avqustunda Heydər Əliyevin heykəlinə “Stalin” yazdıqdan sonra həbs olunub. 

"Heydər Əliyevin heykəlinin arxasına "Stalin" yazdığıma görə bu gün buradayam. Polis bölməsində dedilər ki, "ya narkotik, ya da silah – birini seçməlisən, yoxsa vətənə xəyanət ittihamı ilə içəri gedərsən. Hərbi obyektlərin şəkillərini telefonuna yükləyərik, ittiham verərik ki, hərbi sirri Ermənistana, İrana ötürdüyünə görə tutulmusan". Eşitdiklərimdən boğazım qurudu. Dedilər ki, elə eləmə ki Qiyas kimi evindən 1 kilo çıxaraq…”, - Elbəyi Kərimli saxlanıldıqdan sonra bunu vəkilinə demişdi.

2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ona Cinayət Məcəlləsinin satış məqsədilə külli miqdarda narkotik saxlama maddəsilə 6 il həbs cəzası verib. 

Sonradan Ali Məhkəmə onun hökmündən satış məqsədini çıxararaq cəzasını 5 ilə endirib. 

2016-cı ilin mayında iki ictimai fəal – Qiyas İbrahimov və Bayram Məmmədov sabiq prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!" yazandan sonra narkotik ittihamı ilə həbs olunmuş, onların hər birinə 10 il həbs cəzası kəsilmişdi. Sonradan 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxıldılar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir 

8 Oktyabr 2026

sosial media

Azərbaycanda bir sıra məktəblərə hicablı müəllimlərin dərsə buraxılmayacağı ilə bağlı tapşırıq verildiyi bildirilir.  Bu barədə "Toplum TV"yə məlumat verən, adının açıqlanmasını istəməyən müəllimlərin dediyinə görə, Sumqayıtda yerləşən bir neçə məktəbə bununla bağlı Elm və Təhsil Nazirliyi tərəfindən tapşırıq verilib. Tapşırığa əsasən, hicablı müəllimlərin ya hicablarını açmaları, ya da ərizə yazaraq işdən çıxmalarının tələb olunduğu iddia olunur.  Jurnalist Arzu Abdullanın sosial media hesabında yaydığı məlumata görə isə, Bakının Ramana qəsəbəsində yerləşən 90 saylı orta məktəbdə də hicablı müəllimlərə qadağa qoyulub.  Elm və Təhsil Nazirliyi məsələ ilə bağlı açıqlama yaymayıb. Nazirlikdən "Toplum TV"nin mövzu ilə bağlı daha öncəki sorğusuna da cavab verilməyib. ...
Ölkə

Laçın istiqamətində itkin düşdüyü deyilən əsgərin Ermənistanda saxlanıldığı bildirilir

2 Oktyabr 2026

sosial media

Laçın istiqamətində hərbi xidmət keçərkən itkin düşə əsgər Nəsimi Rasim oğlu Musayevin Ermənistan ərazisində saxlanıldığı bildirilir. Azərbaycan Baş Prokurorluğunun oktyabrın 1-də yaydığı məlumatda belə deyilir. Qurumun açıqlamasına görə, Nəsimi Musayev sentyabrın 26-da xidmət yerində olmayıb və həmin gündən onun axtarışına başlanılıb. Qeyd olunur ki, axtarışlara Müdafiə və Fövqəladə Hallar nazirliklərinin qüvvələri cəlb edilib. “Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib”, - Baş Prokurorluğun məlumatında deyilir. Qurum əlavə edib ki, həyata keçirilən tədbirlər nəticəsində N. Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkədə saxlanıldığı...

Seçilmiş Videolar

Toplum TV loqo