Ölkə

Azərbaycanlı fəalın COP29 zamanı itlərin öldürülməsinə etiraz etdiyi üçün zorakılığa məruz qaldığı deyilir

15 Noyabr, 2024
45

Facebook

Noyabrın 15-də COP 29 tədbirinin keçirildiyi məkanda heyvan haqları fəalı Kamran Məmmədli Azərbaycan hökümətinin küçə itlərini güllələməsinə etiraz olaraq aksiya keçirərkən mühafizəçilər onu zorakılıqla ərazidən uzaqlaşdırıblar.

Aksiyanı işıqlandıran jurnalistlər Aytac Tapdıq və Xəyalə Ağayeva da tədbir məkanından zorakılıqla uzaqlaşdırılıblar.

Toplum TV əməkdaşı xəbər verir ki, saxlanılan jurnalistlər sərbəst buraxılsalar da, Kamran Məmmədlidən hələ də xəbər yoxdur. 

Noyabrın 11-də başlayan BMT-nin iqlim konfransı zamanı müxtəlif etiraz aksiyaları keçirirlər. Bu, zorakılıq baş verən ilk aksiyadır.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

İmran Əliyev aclıq aksiyasını dayandırdı

22 Noyabr 2024

Azadlıq.org

“Meclis.info” saytının həbsdə olan təsisçisi İmran Əliyev noyabrın 18-də başladığı aclıq aksiyasını dayandırıb. O, heç bir cinayət törətmədiyini əsas gətirərək azadlığa buraxılmasını tələb edirdi (“Turan”). Əliyev valideynlərilə telefon danışığında deyib ki, səhhəti pisləşdiyi üçün dünən aclıq aksiyasını dayandırmaq qərarına gəlib.  “Təcridxanada İmrana heç bir təzyiq olmayıb, aclıq aksiyasını dayandırmaq qərarını özü könüllü olaraq qəbul edib” – Əliyevin dostu  Elgiz Qəhrəman “Turan “a belə deyib. Əliyev aprelin 18-də, qaçaqmalçılıq ittihamı ilə saxlanılıb. Yaxınları bildiriblər ki, ona elektrik cərəyanı ilə işgəncə verərək günahını etiraf etməyə məcbur ediblər. Əliyev işgəncələr barədə məlumat yayımlandıqdan sonra yenidən döyüldüyünü bəyan edib.  Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında...
Ölkə

Vəkildən Ombudsmana cavab: “İşgəncələrlə bağlı müraciəti araşdırmaq əvəzinə…”

22 Noyabr 2024

azadliq.org

“Bu iddialar ki, onlar yalnız jurnalist olduqlarına görə həbs ediliblər, bu, qeyri-ciddi iddiadır, cəfəngiyyatdır” -  İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva noyabrın 21-də "BBC Azərbaycanca"nın həbsdə olan jurnalistlərlə bağlı sualına cavab verərkən belə deyib.   O, jurnalistlərin həbsində siyasi motivlərin olmadığını və onların konkret cinayət işi üzrə həbs edildiklərini bildirib.  Məhbuslara işgəncə verilməsi halları ilə bağlı sualı isə Əliyeva belə cavablandırıb: "Bizim Aparata belə məlumatlar daxil olmayıb. Mütəmadi olaraq sosial şəbəkələrdə monitorinqlər aparırıq və ictimailəşən bu məsələlərlə bağlı başçəkmələr həyata keçiririk. Başçəkmələr zamanı hüquq pozuntusu aşkar edildildikdə müvafiq addımlar atırıq".  “Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) vəkili Aqil Layic...

Seçilmiş Videolar

Toplum TV loqo