Ölkə

Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinə cinayət işi açılıb 

16 İyul, 2025
163

Foto: APA

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri olan Şahin Şıxlinskinin barəsində cinayət işi açıldığı, oğlunun isə saxlanıldığı bildirilir. 

Bu barədə iyulun 16-da APA xəbər yayıb. 

Məlumatda deyilir ki, Şıxlinski Rusiya Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə ittiham olunur. 

Onun oğlu Mutvalı Şıxlinskinin isə Rusiya İstintaq Komitəsində dindirildiyi, ondan iyulun 1-də atasının saxlanılması zamanı baş vermiş insidentlə bağlı izahat alındığı bildirilir. 

Ş.Şıxlinski daha öncə iyulun 1-də Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, ifadəsi alındıqdan sonra buraxılıb. O saxlanılan zaman olduğu avtomobili idarə edən oğlu M.Şıxlinski isə avtomobillə hüquq-mühafizə orqanı əməkdaşlarından birini vurub. 

Digər xəbərdə isə iyunun 27-də Yekaterinburqda saxlanılmış etnik azərbaycanlılar haqqında həbs qətimkan tədbiri müddətinin uzadıldığı bildirilir. 

APA-nın xəbərinə görə, 2001, 2010 və 2011-ci illərdə baş vermiş cinayət işləri üzrə təqsirləndirilən Məzahir, Ayaz, Akif, Bakir və Kamal Səfərovlar, Əhliman Gənciyev, Şahid Lalayev və Əziz Abbasov barəsində həbs qətimkan tədbiri 3 ay uzadılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

İranda 50-yə yaxın azərbaycanlının saxlanıldığı bildirilir

20 İyul 2025

Foto: "Gündəlik Naxçıvan"

İrandan keçməklə avtobusla Bakıdan Naxçıvana gedən 50-yə yaxın sərnişinin İran gömrükçüləri tərəfindən saxlanıldığı bildirilir.  Bu barədə "Gündəlik Naxçıvan" səhifəsi xəbər yayıb.  Avtobus sərnişinlərinin verdiyi məlumata görə, üç avtobusun sərnişinləri iyulun 19-da gecə saatlarında İran gömrüyünü keçdikdə saxlanılıb və yaxınlıqdakı məscidə göndəriliblər. İran gömrükçüləri tərəfindən onlara ərazidən 1 kilometrdən artıq uzaqlaşmamağın tapşırıldığı bildirilir.  Saxlanılanların dediyinə görə, İran tərəfi onlara Azərbaycan tərəfinin Tehrana rəsmi məktub yazmalı olduğunu, yalnız bundan sonra avtobusların hərəkətinə icazə veriləcəyini deyib.  Həmçinin, İran tərəfinin onları təhdid edərək saxlanılmalarını ictimailəşdirməməyi tələb etdiyi bildirilir. Adının çəkilməsini istəməyən sərnişinlərdən biri səhifəyə deyib ki, onlara nə yemək, nə də su verilir.  “Əgər...
Ölkə

Reyestrdən keçməyən çap mediaları cərimələnəcək

14 İyul 2025

Foto: açıq mənbə

Media reyestrindən keçmədən fəaliyyət göstərən çap mediaları 5000 manatadək cərimələnəcək.  APA xəbər verir ki, iyulun 14-də Milli Məclis bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyi qəbul edib.  Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni (381.15) maddə əlavə olunub. Bu maddə ilə media reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək. Dəyişiklik üçüncü oxunuşda qəbul olunub.  2021-ci ilin dekabrın 30-da Azərbaycan parlamenti media haqqında qanun qəbul edib. Azərbaycan prezidenti İlham Əliyev qanunu 2022-ci ilin fevralında imzalayıb. Qanun media sahəsində...

Seçilmiş Videolar

Toplum TV loqo