Siyasət

Azərbaycan XİN sözçüsü Mamdaniyə: "İctimai fiqurlar məsuliyyətli davranmalıdır"

25 Aprel, 2026
277

Foto/kollaj: Toplum TV

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə Nyu-York meri Zöhran Mamdaninin Azərbaycan və Qarabağla bağlı açıqlamasını tənqid edib. 

Mamdani aprelin 24-də "X" səhifəsindəki paylaşımında 1915-1917-ci illərdə Osmanlı ərazisində ermənilərin qətliamı hadisələrini "soyqırımı" adlandırıb. O, eyni paylaşımda Azərbaycan və Türkiyə ordularının 2020-ci ildə Qarabağda erməni əhaliyə hücum etdiyini, 2023-cü ildə isə Azərbaycanın 100 mindən çox ermənini bölgədən sürgün etdiyini yazıb. 

A.Hacızadə Mamdaninin postunu yenidən paylaşaraq onun bəyanatını "təxribat xarakterli" adlandırıb. 

"İctimai fiqurlar məsuliyyətlə davranmalı, dezinformasiya yaymaqdan çəkinməli və siyasi motivli, tarixi baxımdan yanlış bəyanatlarla parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər... Bu cür fikirlər regionun tarixi və reallıqları barədə anlayışın olmamasını göstərir və faktları siyasi narrativlər naminə təhrif edir", - o qeyd edib. 

O, Nyu-York merini paylaşımını silməyə çağırıb. 

Azərbaycanın 2023-cü ilin sentyabrında apardığı birgünlük hərbi əməliyyatdan sonra Qarabağda yaşayan on minlərlə erməni əhali Ermənistana köçüb. Bundan sonra Azərbaycan bölgədə otuz ildən sonra ilk dəfə nəzarəti bərpa edib. 

Erməni diasporunun liderləri, eləcə də bəzi xarici siyasətçilər həmin köçü etnik təmizləmə adlandırsa da, Azərbaycan rəsmiləri erməni əhalinin öz seçimləri ilə Qarabağı tərk etdiyini deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Helsinki Komitəsi: Azərbaycanda müstəqillikdən bəri heç vaxt bu qədər qadın jurnalist həbsdə olmayıb

12 İyun 2026

Abzas Media

Azərbaycanın müstəqillik tarixində indiyədək heç vaxt bu qədər qadın jurnalist eyni vaxtda həbsdə olmayıb.  Norveç Helsinki Komitəsinin Azərbaycanda qadın jurnalistlərin həbsi ilə bağlı açıqlamada belə deyilir. Təşkilat bildirib ki, qadın jurnalistlərin təhlükəsiz olmayan şəraitdə saxlanılması onların sağlamlığı üçün ciddi risklər yaradır. “Bəzi jurnalistlər ciddi sağlamlıq problemləri ilə üzləşir və həbsxana şəraitində lazım olan tibbi yardım təmin edilmir. Xüsusilə “Meydan TV”-nin baş redaktoru Aynur Elgünəş fiziki məhdudiyyətli şəxsdir, bir neçə əməliyyat keçirmiş və davamlı tibbi nəzarət tələb edən xəstəlikləri var. Onun həbsdə saxlanılması həyatı üçün təhlükə yaradır”, - deyə komitə bildirib. Açıqlamada qeyd olunub ki, Aynur Elgünəşlə yanaşı, “Abzas Media” və “Meydan...
Siyasət

Zamin Salayevin yenidən “karser"ə salındığı deyilir 

12 İyun 2026

Sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Zamin Salayevin yenidən cərimə kamerasına ("karser") salındığı bildirilir.  Bu barədə iyunun 12-də AXCP üzvü Ceyhun Novruzov sosial media hesabında məlumat yayıb.  C.Novruzovun sözlərinə görə, buna səbəb Z.Salayevin saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsindəki problemləri ictimailəşdirməsi olub.  "Zamin bəyin verdiyi məlumata görə, qızmar yay günlərində məhbusların saxlanıldığı baraklarda kondisioner yoxdur. İnsanlar havasız şəraitdə qalmağa məcburdur. Baraklarda isə hələ də sovet dövründən qalmış köhnə ventilyatorlardan istifadə olunur. Bu kimi problemlər həll edilməli olduğu halda, müəssisə rəisi Şakir Qəniyev diqqətini problemlərin aradan qaldırılmasına deyil, onları dilə gətirən şəxsin cəzalandırılmasına yönəldib", - o qeyd edib.  Z.Salayev əvvəllər...

Seçilmiş Videolar

Toplum TV loqo