Siyasət

Cəmil Həsənlinin ölkədən çıxışına "stop" qoyulub, DTX-yə dəvət olunub

30 Noyabr, 2025
97

Foto: sosial media

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənlinin Azərbaycandan çıxışına "stop" qoyulub və o, şahid qismində Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) dəvət olunub.

Bu barədə o, öz "Facebook" səhifəsində xəbər verib. 

C.Həsənlinin dediyinə görə, o, həyat yoldaşı ilə birgə noyabrın 30-da Bakı vaxtı ilə saat 12.20-də şəxsi səbəblə Dubaya uçmalı imiş, lakin özünün çıxışına "stop" qoyulub. Tarixçi bildirib ki, bileti noyabrın 7-də alıb və qayıdış tarixi dekabrın 15-i olan biletin elektron nüsxəsini "Facebook" paylaşımına əlavə edib. 

C.Həsənli qeyd edib ki, onu DTX-yə şahid qismində dəvət ediblər və evində axtarış aparılacağı gözlənilir. 

"Evimizdə heç bir şübhəli sənəd yoxdur. Hamısı öz yazı-pozularımdır. Yoldaşım da, mən də artıq yaşlandığımız üçün gözlənilməz, qəfil hadisələrə görə (xəstəlik, ölüm-itim və sair) evimizdə rəsmi mənbəyi olan 3 min dollar, 245 paund pulumuz var. Bundan əlavə, Londonda istifadə etdiyim "Revolut" bank kartında haradasa 30 paund, HSBC kartında isə 709 pound pul var. Əlavə olaraq gündəlik istifadə üçün pensiya kartı. Qeyd etdiyimdən əlavə heç bir vəsait yoxumdur. Hansısa şübhəli sənəd və vəsait çıxarsa bilin ki, saxtadır. Düzdür, adamı şərləmək üçün bunların imkanları çox böyükdür", - siyasətçi vurğulayıb. 

Noyabrın 29-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və evində 6 saatdan çox axtarış aparılıb. 

Ə.Kərimli Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) maddəsi ilə ittiham olunur. 

Bildirilir ki, istintaq hərəkətləri bu gün davam etdiriləcək. 

Eyni gündə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, AXCP üzvü Ruslan Əmirov və keçmiş üzv Saleh Rüstəmli də saxlanılıb. AXCP mətbuat katibi Natiq Ədilov F.Əmirli və R.Əmirovun artıq sərbəst buraxıldığını xəbər verib. 

Hökumətyönlü mətbuatda gün ərzində iddia olunub ki, Ə.Kərimli keçmiş Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi ilə əlaqədar saxlanılıb. 

AXCP-nin məlumatına görə, Ə.Kərimlinin evində axtarış zamanı DTX işçiləri Ramiz Mehdiyevin Rusiya prezidenti Vladimir Putinə yazdığı iddia olunan məktubun nüsxəsini yerləşdirib tapdıqlarını deyiblər. 

Sözügedən məktub daha əvvəl hökumətyönlü mediada yayılıb və orada R.Mehdiyevin Putinə Azərbaycanda keçid hökuməti yaratmağı təklif etdiyi iddia olunur. Buna onun öz münasibəti məlum deyil. 

Ə.Kərimli daha öncə R.Mehdiyevlə əməkdaşlıq etdiyi haqda iddiaları təkzib edib. 

AXCP Ə.Kərimliyə və digərlərinə qarşı ittihamları rədd edib və bunu hakimiyyətin növbəti repressiv kampaniyası adlandırıb.

Noyabrın 30-a keçən gecə Milli Şuranın üzvü Gültəkin Hacıbəyli də Türkiyədə saxlanılaraq deportasiya olunacaq şəxslər üçün nəzərdə tutulan təcridxanaya aparılıb. 

G.Hacıbəyli polis maşınında ikən telefon danışığında "Toplum TV"-yə özü ilə əlaqədar ittihamları rədd edib. 

"Ramiz Mehdiyev mənim bütün həyatımı məhv eləmiş adamdır. Vətənpərvər insanam, bir türk milliyətçisiyəm. Məni gəlib Rusiyaya bağlamaq, bundan absurd, bundan iyrənc yalan və böhtan ola bilməz. Təəssüf edirəm ki, Azərbaycan hakimiyyəti buna qədər getdi. Yəqin ki, Azərbaycanın “Feto”su məsələsidi. Yəqin ki, Azərbaycanda müxalifəti sıradan çıxarmaq üçün həyata keçirilən təqibdir. Mənim sabah səhər üçün təhsil planlarım var idi. Mən "IELTS" imtahanına girməli idim. Nə qədər dedim ki, sabah saat 9-da imtahana girim, ondan sonra "karakol"a gələrəm. Mənə o şansı vermədilər. Aydındır ki, deportasiya üçün tələsirlər", - G.Hacıbəyli vurğulayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Qırğız şirkəti Azərbaycanı yarımçıq ödənişə görə məhkəməyə verib

13 Dekabr 2025

Foto: president.az

Qırğızıstanın "Meadi" tikinti şirkəti Azərbaycan Xarici İşlər Nazirliyini (XİN) məhkəməyə verib. "Azadlıq Radiosu"nun xəbərinə görə, buna səbəb Azərbaycanın sifarişi ilə Bişkekdə Heydər Əliyev adına məktəb və Qırğızıstan-Azərbaycan Dostluq Parkını inşa edən şirkətin ödənişini tam ala bilməməsi olub.  Şirkət məhkəməyə iddia ərizəsində Azərbaycanın bu ölkədəki səfirliyi ilə 2019-cu ildə məktəb və park inşası üçün müqavilə bağladığını göstərib. Şirkət təmsilçiləri iddia edir ki, Azərbaycan tərəfinin şirkətə 3 milyon 29 min 257 dollar borcu qalıb.  Müqavilədə isə ümumi layihə üçün 8 milyon 62 min dollar vəsait ayrılması nəzərdə tutulub. Maliyyələşmə Azərbaycan XİN-in Beynəlxalq İnkişafa Yardım İdarəsinə həvalə edilib.  2022-ci il oktyabrın 11-də Azərbaycan...
Siyasət

Hesabat: "Aİ Azərbaycanla dəyərlərə deyil, maraqlara əsaslanan münasibətə keçdi"

9 Dekabr 2025

Foto: açıq mənbə

"Azərbaycanda Repressiyaya Son Kampaniyası" Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təqiblər fonunda Avropa İttifaqının (Aİ) son illərdə bu ölkə ilə münasibətləri haqda hesabat dərc edib.  Dekabrın 9-da dərc olunan hesabatda bildirilir ki, Aİ Azərbaycanla "dəyərlərə əsaslanan münasibətdən maraqlara əsaslanan münasibətə" keçid edib.  Hesabat müəllifləri qeyd edir ki, yeni münasibətlərdə enerji və geosiyasi maraqlara insan hüquqlarından daha çox əhəmiyyət verilir.  “Eyni zamanda, Azərbaycan möhkəmlənmiş avtoritar sistemi daha da gücləndirib, siyasi məhbusların sayı rekord həddə çatıb və müstəqil media demək olar ki, tamamilə məhv edilib. Azərbaycanın əsas ixrac bazarı və ən böyük investoru olmasına baxmayaraq, Aİ öz təsir imkanlarından istifadə etmir. Yüksək səviyyədə siyasi...

Seçilmiş Videolar

Toplum TV loqo