ECRI: Azərbaycan Ombudsman institutunun fəaliyyəti hələ də şəffaf və müstəqil deyil
Foto: Trend News Agency
Avropa Şurasına bağlı müstəqil ekspert qurumu olan İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI) Azərbaycan, Ermənistan və Gürcüstanda 2023-cü ildə verilmiş tövsiyələrin icra vəziyyəti ilə bağlı hesabatını açıqlayıb.
ECRI-nin hesabatında Azərbaycanla bağlı əsas tənqid Ombudsman institutunun (İnsan Hüquqları üzrə Müvəkkil) müstəqilliyi və fəaliyyət şəffaflığına yönəlib.
Qurum bildirib ki, Ombudsmanın indi parlament tərəfindən seçilməsi müsbət addım olsa da, namizədlərin prezident tərəfindən əvvəlcədən müəyyənləşdirilməsi səbəbindən icra hakimiyyətinin prosesə “qəti təsiri” qalır.
ECRI qeyd edib ki, Ombudsman aparatında ayrı bir struktur bölmə yaradılmalı, bərabərlik və ayrı-seçkiliyə qarşı şikayətlərin araşdırılması üçün ayrıca mexanizm formalaşdırılmalıdır.
Bundan başqa, işçi heyətin resurslarının artırılması və təlimləndirilməsi tövsiyə olunub. Qurumun qənaətinə görə, Azərbaycan bu sahədə tövsiyələri yalnız qismən yerinə yetirib.
Komissiyanın ikinci tövsiyəsi isə irqi və LGBTI-fobik nifrət nitqləri və nifrət cinayətləri üzrə vahid məlumat bazasının yaradılması idi.
Lakin ECRI bildirir ki, bu istiqamətdə heç bir real addım atılmayıb:
“Azərbaycan hökuməti nifrət nitqi və nifrət cinayətləri ilə bağlı tam bölünmüş statistik məlumat sistemini yaratmayıb və bu məlumatları ictimaiyyətə təqdim etmir.”
ECRI Ermənistandan cəmiyyətdə tolerantlıq və müxtəliflik dəyərlərinin təşviqini, eləcə də qaçqınlar və məcburi köçkünlər üçün inteqrasiya strategiyasının hazırlanmasını tələb edib.
Qurum Ermənistan hökumətinin bəzi addımlarını, 2023–2025-ci illər üçün İnsan Hüquqları üzrə Milli Strategiya planını və Qarabağdan gələn məcburi köçkünlər üçün sosial yardımı “müsbət, lakin yetərsiz” adlandırıb.
Gürcüstanla bağlı ECRI, azlıqların yaşadığı məktəblərdə gürcü dilinin ikinci dil kimi tədrisinin artırılmasını yüksək qiymətləndirib.
Qurum həmçinin, bilingval təhsil modelinin tətbiqini və hökumətin bu sahədə “əhəmiyyətli irəliləyişini” xüsusi vurğulayıb.
Bununla belə, bərabərlik strategiyasının icrası üçün inter-institusional komitənin yaradılmaması mənfi qiymətləndirilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Həyat yoldaşı: "Azər Qasımlının qaldığı 4 nəfərlik kamerada 6 nəfər saxlanılır, biri Hepatit C xəstəsidir"
Sosial media
AP-də Azərbaycanla bağlı dinləmə: “Avropa Şurasına üzvlük Azərbaycana mətbuat azadlığını qoruma öhdəliyi yaradır”
açıq mənbə
“DTX-nin istintaq şöbəsinin rəhbəri ‘etirafedici’ ifadə müqabilində qısamüddətli həbs təklif etmişdi”
Paşinyan: "Erməni soyqırımı ermənilərin beynəlxalq intriqalara cəlb olunmasının nəticəsi idi"
Azərbaycan iqtisadi inkişafda Gürcüstan və Ermənistanın gerisinə düşüb
Azərbaycan XİN sözçüsü Mamdaniyə: "İctimai fiqurlar məsuliyyətli davranmalıdır"
Ramil Babayev yazır: “Bakı İstintaq Təcridxanasında zorakılıq ayıdır”