Siyasət

Əliyev: “Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir”

20 Yanvar, 2026
59

Foto: açıq mənbə

“Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibəsində deyib.

İ.Əliyev qeyd edib ki, əvvəllər reaksiya verilirdi:

"Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik".

İlham Əliyev vurğulayıb ki, Azərbaycanı Ermənistana qarşı "təcavüzkar mövqedə" olmaqda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır:

"Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər".

Dekabrın 18-də Avropa Parlamenti Azərbaycanda 400-ə yaxın siyasi məhbusun olduğunu bildirən və Azərbaycan hökumətindən onları azad etməyi tələb edən qətnamə qəbul edib.

“Parlament Azərbaycanı ifadə azadlığı və akademik azadlıq da daxil olmaqla, beynəlxalq insan hüquqları üzrə öhdəliklərə və standartlara hörmət etməyə və qanunvericiliyini onlara uyğunlaşdırmağa çağırır. Parlament, həmçinin, Avropa İttifaqını Azərbaycanda insan hüquqlarını və demokratik idarəçiliyi daha da dəstəkləməyə, o cümlədən vətəndaş cəmiyyətinə dəstəyin artırılmasına çağırır və diplomatik əlaqələrin Aİ-nin əsas dəyərlərinə uyğun qalmasını təmin etməyi tələb edir”, - qətnamədə deyilirdi. 

Qətnamədə, həmçinin, Avropa İttifaqından Azərbaycanla əməkdaşlıq sazişlərinə yenidən baxılması istənilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Ramiz Mehdiyev işi”: DTX-nin videosunda ittiham olunan müxaliflər iddialara necə cavab verdi?

14 Fevral 2026

Foto/kollaj: Toplum TV

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 12-də sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli və başqa siyasi fiqurları hədəf alan videosüjet yayımladı.  Videoda sözügedən şəxslərin əlbir olaraq Azərbaycanda dövlət çevrilişinə cəhd etdiyi bildirilir və buna sübut olduğu iddia olunan görüntülər və səs yazıları nümayiş etdirilir.  İddialardan biri belədir ki, ittiham olunan şəxslər xarici xüsusi xidmət orqanlarından Azərbaycanın müxtəlif bölgələrində insanları dövlət çevrilişinə cəlb etmək üçün 933 min 828 manat 40 qəpik məbləğində pul vəsaiti alıblar.  Bu iddiaya sübut kimi içərisində Rusiyanın “Sberbank” şirkətinin adı yazılmış, müxtəlif şəxslərin adları və pasport nömrələri əks...
Siyasət

Azərbaycanlı QHT nümayəndələri və ekspertlər Ermənistana səfər ediblər

14 Fevral 2026

Foto: Armenpress

Azərbaycandan olan qeyri-hökumət təşkilatları (QHT) nümayəndələri və ekspertlər Ermənistana səfər ediblər. "Armenpress" və "Report"un xəbərinə görə, onlar erməni həmkarları ilə birgə "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində dəyirmi masa formatında iki gün davam edəcək tədbirdə iştirak edəcəklər. Azərbaycan tərəfdən 19 nəfərin səfər etdiyi, Ermənistandan isə 20 nəfərin tədbirdə iştirak edəcəyi gözlənilir. Bu şəxslər arasında eyni təşəbbüs çərçivəsində artıq baş tutmuş səfərlərdə iştirak edənlər, habelə yeni simalar da var. Ötən ilin oktyabrında Azərbaycandan olan nümayəndə heyəti Yerevana, noyabrda isə erməni heyət Bakıya səfər edib.

Seçilmiş Videolar

Toplum TV loqo