Fərid İsmayılov Hikmət Hacıyevə: “Sizə bəyənmədiyiniz sualı vermək bu ölkədə cinayət sayılır”
Foto/kollaj: Toplum TV
"Toplum TV işi” üzrə həbs olunan jurnalist Fərid İsmayılov prezidentin köməkçisi Hikmət Hacıyevə açıq müraciət ünvanlayıb.
Müraciəti olduğu kimi təqdim edirik.
“Sizə COP-29 (BMT-nin iqlim konfransı) tədbirində verdiyim suallardan sonra Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) tərəfindən ard-arda təqib və təzyiqlərə məruz qaldım. Yekunda oğurlanaraq 6 ağır maddə ilə həbs olundum. Bu müddət ərzində nə istintaq, nə məhkəmə orqanı ittiham olunduğum maddələrlə bağlı hansısa sübut ortaya qoya bildi, əvəzində BŞBPİ əməkdaşları sizinlə etdiyim müsahibənin mənim həbsimə əsas olduğunu etiraf ediblər.Siz özünüz də bu cinayət işinin əslində siyasi iş olduğunu mənə verdiyiniz cavabda təsdiqləmişdiniz.
Cənab Hacıyev, COP-29 tədbirində söhbətimiz zamanı Azərbaycanın məhkəməsinin bu cinayət işində ədalətli olacağına inanaraq söz vermişdiniz. 10-cu aydır ki, məhkəmə prosesi aparılır, belə proses olsa-olsa şəriət məhkəməsində ola bilər.
Sizə sual vermək, həm də bəyənmədiyiniz sualı vermək bu ölkədə cinayət sayılır. Mən yenidən “cinayət” törədərək soruşuram: Nə vaxt sözünüzə əməl edib bu özbaşınalığı dayandıracaqsınız?”.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə qarşı cinayət işi açılıb. Onlar arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, həmtəsisçi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalistlər Fərid İsmayılov və Şahnaz Bəylərqızı da var.
İttihamlar əvvəlcə qaçaqmalçılıq maddəsi ilə irəli sürülsə də, sonradan ağırlaşdırılıb.
Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Fərid İsmayılovun azadlığı üçün Avropanın bir neçə şəhərlərində kampaniya keçirilib
Foto: sosial media
Foto/kollaj: Toplum TV