Həyat yoldaşı: "Azər Qasımlının qaldığı 4 nəfərlik kamerada 6 nəfər saxlanılır, biri Hepatit C xəstəsidir"
Sosial media
Həbsdə olan müxalif siyasətçi Azər Qasımlının saxlanıldığı Umbakı Pentensiar Kompleksində məhbusların saxlanma qaydalarının pozulduğu bildirilir.
Bu barədə onun həyat yoldaşı Samirə Qasımlı sosial media hesabında məlumat yayıb.
Onun sözlərinə görə, A.Qasımlının saxlanıldığı kamera 4 nəfər üçün nəzərdə tutulsa da, kamerada 6 nəfər saxlanılır, onların biri isə "Hepatit C" xəstəliyindən əziyyət çəkir.
"Azər şəxsən müraciət etmişdi ki, bu adamın ayaqları şiş vəziyyətində (qanqrena əlamətləri) olduğu üçün təcili xəstəxanaya yerləşdirilməlidir və müalicə olunmalıdır. Bundan sonra xəstə məhbus Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldü. Lakin bir həftədən sonra, məhbusun dediyinə görə, baş həkimin xəbəri olmadan müalicəsi yarımçıq saxlanılaraq rəisin göstərişi ilə o, yenidən Umbakıya qaytarılıb", - o qeyd edib.
S.Qasımlı əlavə edib ki, ötən həftə Ombudsman Aparatının nümayəndələri vəkilinin müraciətindən sonra həbsxanada A.Qasımlı ilə görüşüblər.
"Azər bu adamın ağır vəziyyətdə olması barədə Ombudsmanın nümayəndələrinə də məlumat vermişdi. Ondan sonra Ədliyyə Nazirliyi Baş Tibb İdarəsindən gəlib xəstənin vəziyyəti ilə tanış olub və qərar veriblər ki, məhbusun vəziyyəti, həqiqətən də, ağırdır və o, xəstəxanaya yerləşdirilməlidir. Lakin buna baxmayaraq Umbakı həbsxanasının rəhbərliyi tərəfindən təkcə xəstə üçün deyil, eyni zamanda onun yanındakı sağlam adamlar üçün yaranmış təhlükəli vəziyyət gözardı edilir", - o bildirib.
Həyat yoldaşı əlavə edib ki, həbsxana rəhbərliyi A.Qasımlıya kiçik qazan formalı mikrodalğalı isidicinin verilməsinə icazə vermir, halbuki bu, qadağan olunmuş əşyaların siyahısında yoxdur.
A.Qasımlı martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ilə təqsirli bilinib.
Azər Qasımlı ittihamı rədd edir və həbsinin siyasi sifariş olduğunu bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Helsinki Komitəsi: Azərbaycanda müstəqillikdən bəri heç vaxt bu qədər qadın jurnalist həbsdə olmayıb
Abzas Media
Sosial media
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
İşğaldan azad edilmiş ərazilərə əlavə 420 min nəfər əhali haradan köçəcək?
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
41 milyonluq tenderin qalibi prezidentin xüsusi nümayəndəsinin müavininin şirkətidir