Hikmət Hacıyev: "Ermənistan ‘Mercedes’, ‘Apple’ ya ‘Samsung’ istehsal edəcək imkanlara malik deyil”
Foto: açıq mənbə
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Brüsseldə mənzillənən "EU Today" nəşrinə müsahibəsində Azərbaycan-Rusiya münasibətlərindən danışıb.
O deyib ki, ötən ilin dekabrında AZAL təyyarəsinin qəzaya uğramasından sonra iki ölkə arasında "müəyyən anlaşılmazlıq və emosiyalar" olub, lakin bu narazılıqlar oktyabrda Düşənbədə ölkə başçıları arasında müzakirə edilib.
H.Hacıyev xatırladıb ki, Azərbaycanın təyyarə qəzası ilə bağlı Moskvadan dörd tələbi olub: rəsmi üzr, istintaq, məsuliyyət daşıyanlara ədalətli cəza və qurbanlara kompensasiya. “Bu məsələlər həll olunduqdan sonra yanlış anlaşılma səhifəsini bağlayacağıq və iki ölkə arasında normal qonşuluq münasibətlərinə davam edəcəyik", - o əlavə edib.
Prezidentin köməkçisi Rusiyanın Qərb sanksiyalarından yayınmasına Azərbaycanın kömək edib-etməməsi ilə bağlı suala cavabında isə iddianı təkzib edib. O deyib ki, Bakı “sanksiyalar məsələsində çox ayıqdır” və ticarət məlumatları 2022-ci ildən sonra Rusiya ilə dövriyyədə "kəskin artım göstərmir".
H.Hacıyev öz növbəsində Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasına kömək etdiyini iddia edib. O bildirib ki, Rusiyaya satışı qadağan olunan, lakin hələ də satılan brendlər məhz Ermənistandan idxal olunur.
"Bu markalar isə Ermənistanda istehsal olunmur, Qərb ölkələrindən oraya idxal olunur. Ermənistan “Mercedes", "Apple" və ya "Samsung" istehsal edəcək imkanlara malik deyil”, - o əlavə edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: president.az
Hesabat: "Aİ Azərbaycanla dəyərlərə deyil, maraqlara əsaslanan münasibətə keçdi"
Foto: açıq mənbə
Prezidentin saytında DTX-nin şəxsi məlumatları yığacağını göstərən sənəd sonradan silinib
Neft-qaz ölkəsində müəllim maaşı regionla müqayisəsi niyə aşağıdır?
Talış fəalın Türkiyədə saxlanılaraq Azərbaycana gətirildiyi bildirilir
Ekspert: “Nazir kənd təsərrüfatındakı uğursuzluğu ört-basdır etmək istəyir”
İmişlidə məktəblilərin öldüyü qəzaya görə yeniyetməyə 7 il yarım həbs verilib