Siyasət

Kadırovun anası Rusiyanın işğal etdiyi Xersonda “xidmətlərinə görə” təltif edilib

7 Avqust, 2025
51

Foto: sosial media

Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Aymani Kadırova Rusiyanın işğal etdiyi Xerson vilayəti tərəfindən “döyüş yoldaşlığının möhkəmləndirilməsi və xüsusi hərbi əməliyyat zamanı tapşırıqların yerinə yetirilməsinə göstərdiyi köməyə görə” təltif olunub.

Kadırovaya mükafatı bölgədə Rusiya tərəfindən qurulmuş işğal administrasiyasının rəhbəri, keçmiş ukraynalı siyasətçi Vladimir Saldo tərəfindən verilib.

Mükafat barədə məlumatı Çeçenistan hökumətinin rəhbəri Maqomed Daudov yayıb. Onun sözlərinə görə, ordenin təqdimat mərasimi 4 avqust tarixində, Aymani Kadırovanın 72 yaşı tamam olduğu gün Qroznı şəhərində baş tutub.

Xersonun işğal olunmuş ərazilərindəki Rusiya rəsmiləri bu qərarın detalları ilə bağlı heç bir əlavə açıqlama verməyib. Aymani Kadırovanın bu proseslərdə konkret olaraq nə ilə məşğul olduğu, yaxud rəhbərlik etdiyi “Axmat-Hacı Kadırov” fondunun bölgədə hansısa humanitar layihələr həyata keçirdiyi barədə heç bir məlumat yoxdur.

Qroznıda keçirilən mükafatlandırma mərasimi medianın iştirakı olmadan baş tutub. Daudov mərasimin görüntülərini “Telegram” kanalında paylaşaraq bildirib ki, Kadırova rəhbərlik etdiyi fond vasitəsilə “cəbhədəki qardaşlarımıza yardım göstərməyə davam edəcək”.

Xersonun bir hissəsi 2022-ci ildən — Rusiya-Ukrayna müharibəsinin genişmiqyaslı mərhələsinin başlanğıcından bəri Rusiya ordusunun nəzarətin


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Gürcüstanda jurnalistə 2 il həbs cəzası verilib

6 Avqust 2025

Foto: sosial media

Batumi Şəhər Məhkəməsi "Batumelebi" və "Netgazeti" xəbər saytlarının təsisçisi Mzia Amaqhlobelini 2 il müddətinə azadlıqdan mıəhru edib. O, ictimai asayişi qoruyan şəxsə qarşı müqavimət, hədə və ya zorakılıq maddəsi üzrə təqsirli bilinib. İstintaq təcridxanasında keçdiyi müddəti nəzərə alaraq, Amaqlobelinin 17 aydan sonra azadlığa buraxılması nəzərdə tutulur. Amaqlobeli 2025-ci il yanvarın 12-nə keçən gecə saxlanılıb. O, ilk dəfə etiraz olaraq divara stiker yapışdırdığına görə inzibati qaydada saxlanılıb.  Təxminən iki saat sonra isə sərbəst buraxılıb, bir qədər sonra isə polis rəisi İrakli Dqebuadzenin üzünə sillə vurduğuna görə cinayət işi üzrə yenidən saxlanılıb.  Gürcüstanın hökumətyönlü mediaası jurnalistin polisə sillə vurduğunu göstərən videonu nümayiş...
Siyasət

“The Washington Post”: Tramp Azərbaycan və Ermənistan liderlərini qəbul edəcək

6 Avqust 2025

Foto: açıq mənbə

ABŞ prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Bu barədə "The Washington Post" nəşri iki yüksək vəzifəli Ağ Ev rəsmisinə istinadən məlumat yayıb. Onlardan biri deyib ki, Trampla görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının elan edilməsi mümkündür. “Görüşün məqsədi onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün sülh sazişinin əldə edilməsidir”, - deyə məlumatda vurğulanır. İlham Əliyevlə və Nikol Paşinyanın Trampla ayrı-ayrılıqda görüşlərinin planlaşdırıldığı da bildirilir. İki ölkə liderləri ötən ay Birləşmiş Ərəb Əmirliklərində görüşüblər, amma sonucda heç bir yekun qərar elan olunmayıb. Qəzet onu da qeyd edir ki, bu,...

Seçilmiş Videolar

Toplum TV loqo